Xaricdə təhsil almağınızın bir çox səbəbi var.
Burada, xaricdə təhsilinizdən əldə edəcəyiniz ən böyük üstünlükləri və nəzərə almalı
olduğunuz bir sıra önəmli məqamları sizlərlə bölüşürük.
1. Əmək bazarında daha rəqabətə davamlı kadr olacaqsınız.
Bəzi araşdırmalar göstərir ki, xaricdə təhsil almış tələbələr daha tez və asan iş yeri
tapırlar, uzun müddət işsiz qalma ehtimalları azdır və başlanğıc maaşları isə bir qayda
olaraq daha yüksəkdir.
Bəs bu niyə belədir?
İşəgötürənlər mükəmməl dil biliyinə, beynəlxalq dünya görüşünə malik, yeni
çağırışlarla üzləşməyə hazır olan işçiləri yüksək qiymətləndirirlər.
Xaricdə təhsil CV-nizdə önə çıxır və əgər iki namizəd eyni CV-yə malikdirsə,
işəgötürənlər beynəlxalq təcrübəyə malik birini seçməyə meyllidirlər.
2. Müxtəlif ixtisas seçimi imkanları qazanacaqsınız.
Əgər sizin ölkənizdə məktəb və təhsil proqramları seçiminiz məhduddursa, məsələn
tibb təhsili, dizayn proqramları və ya musiqi sahələrində, peşələrdən birində karyera
qurmağı xəyal edirsinizsə – xəyalınızdan imtina etməyinizə ehtiyac yoxdur, bunun
əvəzinə xaricdə bu sahə üzrə proqramlara müraciət etmək imkanınız var.
3. Beynəlxalq dünya görüşü əldə edəcəksiniz.
Hamımız fərqliyik. Bir ölkədə uzun müddət yaşamaqdan başqa həmin ölkə
mədəniyyəti başa düşməyin daha yaxşı yolu yoxdur, xüsusən də səyahətçi kimi yox,
uzun müddətli olaraq yaşayırsınızsa.
4. Şəxsi inkişaf üçün mükəmməl mühitdə olacaqsınız.
Xaricdə təhsil şəxsi inkişafınızı sürətləndirmək və daha müstəqil fərd kimi inkişaf
etməyiniz üçün əla yoldur. Təhsil aldığınız illərdə qazandığınız dostluqlar, qurulan yeni
əlaqələr, yaşayacağınız xoş xatirələr həyatınızın unudulmaz bir dövrü olacaq. Eyni
zamanda iş dünyası üçün mükəmməl əlaqələrə sahib ola biləcəksiniz.
5. Xarici dili peşəkar səviyyəyə çatdıracaqsınız.
Xarici dili öyrənmək başqa mədəniyyəti həqiqətən dərk etmək və xaricdə təhsilinizdən
maksimum yararlanmaq üçün açardır. Dil bilikləri də işəgötürənlər tərəfindən yüksək
qiymətləndirilir. Dili öyrənmək üçün onun danışıldığı ölkədə yaşamaqdan yaxşı yol
yoxdur. Hara getsən bu dildən istifadə etmək məcburiyyətində qalırsan. Eyni zamanda
xarici dil bili mükəmməl bilmək sizin dünya ədəbiyyatına çıxış imkanlarınızı
genişləndiri ki, bu da sizə ixtisasınızla bağlı ən yeni, müasir bilikləri sürətli şəkildə
mənimsəməyə dəstək olur.