Xaricdə təhsil almaq seçimi etdikdə, çox vacib qərarlar vermək məcburiyyətində olacaqsınız, onlardan biri də yaşayış yerinin seçimidi.
Tələbə üçün xaricdə ən uyğun yaşayış yeri haradır? Tələbə yataqxanasının ve kirayə mənzillərin müsbət ve mənfi tərəfləri hansılardır? Gəlin bu haqda daha ətraflı danışaq.
Tələbə yataqxanası
- Tələbə yataqxanası ev kirayəsindən daha ucuz başa gəlir
- Yataqxanada sizin qonşularınız sizin kimi tələbədilər, və bu da təzə dost ve tanış tapmaq üçün gözəl fürsətdir
- Yataqxanaların çoxunda təmizlik xidmətləri mövcuddur, bu da rahatlığınız üçün böyük rol oynayacaq, həftədə 2 dəfə otaq xadimə tərəfindən təmizlənir.
- Yataqxanaların çoxunda stolüstu tennis, bilyard, musiqi otağı, fitness ve oxu zalından istifadə edə bilərsiniz. Və bu pulsuzdur.
- Yataqxanada yer tapmaq çox çətindir və bunu nəzərə alaraq sizə öncədən yer tutmağınız tövsiyyə edilir
- Tək otaq rezerv etməmisinizsə, tanımadığınız insanla bir otaqda yaşamaq məcburiyyətində olacaqsınız.
- Otaqda çox dəyişiklik etməyə icazə verilmir, əksər hallarda divarlardan nəsə asmaq və yaxud şam yandırmag icazə verilmir
- Yataqxanada umumi camaşirxanadan istifadə etmeli olacaqsınız
Mənzil
- Mənzildə dəyişikliklər etməyə icaze verilir sadece kirayənin sonunda mənzili eyni qaydada təhvil verməyiniz məcburidir
- Mənzilin sahibi ilə kirayə qiyməti barədə danışıqlar aparmaq da mümkündür
- Mənzilə qonaqlarınızı dəvət edə bilərsiniz, yalnız sakitliyə riayət etmək vacibdir
- Daha sakit və komfort zonada dərslərinizi oxumaq daha rahatdır
- Mənzildə tək qala bilərsiz bu isə o deməkdir ki, rahatlığınıza heç kim maneə olmayacaq
- Kirayə mənzilləri daha bahadır
- Mənzili özünüz təmizləməlisiniz
- Rəsmi qaydada müqavilələrin çoxuna əsasən bir ildən tez mənzildən çıxmaq olmaz
- Çıxmaq qərarına gəlsəniz 2 ay əvvəldən xəbərdarlıq etməlisiniz, əks halda gələn 2 ayın da ödəniş məbləği sizdən tutulur
Bunların hamısını nəzərə alaraq dəqiq fikirləşib qərar verməlisiz ki, hansı seçim sizə daha uyğundur.