HÖRMƏTLİ VALİDEYNLƏR!
Biz çox istərdik ki, sizin hər birinizlə şəxsən görüşək və xarici pansion-məktəblərini ölkəmizə gələcək şagirdlərlə görüş üçün dəvət edək.
Lakin indiki vəziyyət bizi pansion-məktəbləri ilə ailələrin görüşünü ONLAYN formatda təşkil etməyə sövq etdi.
Bu SCHOOLS4YOU sərgisi virtual, ancaq iştirakçıların bir-biri ilə rahat ünsiyyət qura biləcəyi bir platformada keçiriləcək
NECƏ OLACAQ?
Şəkildə göstərildiyi kimi virtual masalar olacaq
Masanın adı – məktəbin adıdır. Masanın arxasında məktəbin nümayəndəsi və tərcüməçi oturacaqdır. Boş yerlərə bütün ailəniz ilə əyləşə biləcəksiniz, hətta müxtəlif cihazlardan belə qoşulmaq mümkün olacaq. Bir masa arxasında 6 qonaq üçün yer nəzərdə tutulub. Masanı seçdikdən sonra, dərhal kameralar qoşulacaq və masada oturan hər kəslə əlaqə qurulacaq. Buna görə, kameralarınızı və mikrofonlarınızı qoşulu saxlamağınızı xahiş edirik
Ailə və məktəb arası görüş üçün 20 dəqiqə vaxt nəzərdə tutulub. 20 dəqiqədən sonra onlayn sistem masanı dəyişdirməyinizi təklif edəcək. Bu dəyişməni “cüt klik” ilə həyata keçirə biləcəksiniz.

Məktəb nümayəndələri ilə rahat ünsiyyət qurmağınız üçün masa arxasındakı tərcüməçilər sizə köməklik göstərəcəklər.
Sərgidə Lounge Zona fəaliyyət göstərəcək. Bu xüsusi zonaya, hal-hazırda həmin məktəblərdə təhsil alan şagirdləri və ya məktəbin məzunlarını dəvət etmişik. Onlar, sizin və övladlarınızın bütün suallarına cavab verəcəklər və öz təcrübələri ilə sizinlə bölüşməyə şad olacaqlar.
Sərgidə TƏŞKİLATÇI masası fəaliyyət göstərəcəkdir. Bu masada EDUSTUDIO şirkətinin komandası olacaq. Bizim mütəxəssislər uşaqları dünya pansion-məktəblərinə təhsilə göndərməkdə 10 ildən artıq təcrübəyə malikdirlər. Dünyanın müxtəlif yerlərində 150-ə yaxın pansion-məktəblərini biz özümüz şəxsən ziyarət etmişik.
Sizinlə ünsiyyət qurmağa və bütün suallarınıza cavab verməyə şad olacağıq.
Əgər sizə məktəblə görüşdə əlavə vaxt lazım olarsa, biz sizə fərdi onlayn görüşü təşkil etməyə kömək edəcəyik. .
SƏRGİ NƏ VAXT BAŞ TUTACAQ? 13 mart, saat 16.00-dan 18:30-dək
HANSI MƏKTƏBLƏR İŞTİRAK EDƏCƏK?
Sərgidə Böyük Britaniya, ABŞ, Kanada və Avropa ölkələrindən 15 pansion-məktəbi iştirak edəcək.
Dünyanın ən yaxşı məktəbləri hər biri, özünə görə unikaldır. Hər birinin öz tarixi, ənənələri, yüksək akademik standartları, unikal layihələri, ən yaxşı müəllimləri və uğurlu şagirdləri var.
SCHOOLS4YOU SƏRGİ İŞTİRAKÇILARI:
- Appleby College (Ontario, Kanada) – pansion-məktəb;
- St Johnsbury Academy (Vermont, ABŞ) – pansion-məktəb
- MPV College (London, Cambridge, Birmingham, Böyük Britaniya) –məktəb 16 + yaşlı uşaqlar üçündür.
- TASİS Amerika məktəbi (London, Böyük Britaniya) pansion-məktəbi Böyük Britaniyada Amerika diplomu ilə birgə təhsil;
- D ‘ Overbroecks College (Oxford, Böyük Britaniya –- pansion-məktəb;
- Stanstead College (Quebec, Kanada) – pansion-məktəb;
- Kimball Union Academy (Nyu Hampshire, ABŞ)-pansion-məktəb;
Hər bir məktəblə daha ətraflı tanış olmaq üçün linkdən istifadə edə bilərsiniz: