Oxford Young Professionals
Для серьезных подростков, тест на будущую специальность



Məktəbin adı: | d’Overbroecks College |
Yerləşmə: | Oksford, Böyük Britaniya |
Ən yaxın hava limanları: | London Heathrow |
Proqramın müddəti: | 9 iyul – 6 avgust (2/3/4 həftə) |
Dərslərin sayı : | həftədə 30 dərs |
İştirakçıların yaşı: | 13-16, 16-18 |
Yaşayiş yeri: | yataqxanada |
Qidalanma: | gündə 3 dəfə |
Ekskursiyalar: | London, Oksford, Kembric |
Proqramlar, yaşa görə 2 qrupa bölünür, çünki müxtəlif yaşda olan uşaqların iştirakı nəzərdə tutulur.
Gənc həkimlər/ Tibb
Gənc sahibkarlar/ Biznes və Maliyyə
Gənc mühəndislər/ Mühəndislik
Gənc yaradıcılar/ Media və Kommunikasiyalar
Gənc Artistlər/ İncəsənət (Performing Arts)
“Gənc Mütəxəssislər” kursu ingilis dili dərslərini yuxardakı kurslar ilə birləşdirir.
Uşaqlar bir kursu 2 həftəlik seçirlər.
Gənc həkimlər/ Tibb – insan biologiyası və tibb üzrə nəzəriyyə və laboratoriya dərsləri vasitəsilə uşaqlar tibbi araşdırmalarda biliklərini artıracaqlar
Gənc sahibkarlar/ Biznes və Maliyyə – kursun sonunda tələbələr biznes davranışını bir çox tərəfdən – səhmdar, sahibkar, menecer, işçi, təchizatçı, kreditor və hökumət iştirakçıları baxımından qiymətləndirməyi öyrənəcəklər.
Gənc mühəndislər/ Mühəndislik – mühəndis sənayesinin daha yaxşı başa düşülməsi, mühəndislik layihələrinin öyrənilməsi və onların istehsalına dair praktiki və texnoloji aspektləri haqqında biliklərini tətbiq edə biləcəklər
Gənc yaradıcılar/ Media və Kommunikasiyalar – Dərs zamanı uşaqlar mətbuatın kritik anlayışını öyrənib inkişaf etdirirlər. Praktiki dərslərdə tələbələr kamera və səslə işləməkdən əlavə quruluş verdikləri səhnələrdə iştirak edirlər.
Gənc Artistlər/ İncəsənət (Performing Arts) – Ssenari yazmağı öyrənməkdən savayi, yaradıcılığın social və mədəni aspektlərini öyrənirlər.
Uşaqlar, müasir bir kollec yataqxanasında yaşayırlar
Proqramın qiyməti: 1 həftəsi 1550 funt sterlinqdir
Bu proqram kimlər üçündür:
- Xaricdə təhsil almağı planlaşdıran və gələcəkdə planladığı ixtisasda özlərini sınamaq istəyənlər üçün;
- Gələcək təhsil və ya iş üçün İngilis dili istifadə etmək istəyənlər üçün;
- İngiltərədə və ya ingilisdilli digər ölkələrdə daha sonra təhsil almaq istəyənlər üçün;
- Britaniyada qapalı məktəb-pansionlarda yaşamaq və təhsil təcrübəsini əldə etmək istəyənlər üçün.