Oxford College Summer School
*Universitetə hazırlıq
*Növbəti təhsil almaq üçün ən yaxşı proqramdır



Məktəbin adı: | Oxford College Summer School |
Yerləşmə: | Oksford, Böyük Britaniya |
Ən yaxın hava limanları: | London Heathrow |
Proqramın müddəti: | 6-28 iyul |
Dərslərin sayı : | həftədə 25 dərs |
İştirakçıların yaşı: | 15-17 |
Yaşayiş yeri: | yataqxanada |
Qidalanma: | gündə 3 dəfə |
Ekskursiyalar: | Brighton, Bristol, London, Oxford, Bath |
Bu proqramın uğurla başa çatacağına bir neçə səbəb var:
1) Çoxşahəli təhsil proqramını aktiv əyləncə proqramı ilə birləşməsi
2) Oksford Universitetinin ruhlandıran akademik kollec atmosferi
Proqram sizin maraqlarınıza uyğun olaraq hazırlıq kursları təklif edir. Həmçinin kurslarda bir çox yeni və unikal məlumat əldə edəcəksiniz:
– Universitetə hazırlıq (qonaq spikerlər dəvət olunur, IELTS hazırlığından inşa yazma kurslarına kimi fəqli dərslər və s.)
– Layihə vaxtı və təqdimat (Kursun məqsədi universitetdə təhsil almaq üçün lazım olan bacarıqları inkişaf etdirməkdir – təqdimatları necə hazırlamaq, ictimaiyyətdə necə danışmaq və s.)
– Akademik ekskursiya (Bir günlük ekskursiya kursda istifadə olunan materialları təkmilləşdirməyə təkan verəcəkdir.
– Belə ki, uşaqlar keçən il The British Library, The Royal College of Physicians, Houses of Parliament, Royal Courts of Justice, Shakespeare’s Globe Theatre, The Imperial War Museum, The British Museum, Science Museum kimi yerləri ziyarət ediblər.
Həftənin cədvəli bu cür tərtib edilmişdir:
Seçilmiş kurs üzrə 15 saat dərs, universitetə hazırlığ üzrə 4 saat dərs, 3 saat isə praktiki dərs (kurs mövzusu ilə bağlı bir ekskursiya çərçivəsində). Aşağıdakı kurslardan seçim etməyiniz lazım olacaq:
– General English (İngilis dili, tənqidi düşüncə və təqdimat)
– Biznes və Liderlik (Maliyyə, Sahibkarlıq, Liderlik, komanda işi)
– Mühəndislik (İnnovasiya, dizayn, komanda işi)
– Tibb (problemlərin həll olunması, idarəetmə, kommunikasiya, komanda işi)
– Beynəlxalq əlaqələr (debat, danışıqlar, diplomatiya, tənqidi düşüncə)
– Siyasət və İqtisadiyyat (tənqidi düşüncə, debat, təqdimat)
– Hüquq (analitik, debat, təqdimatlar, tənqidi düşüncə)
– İngilis ədəbiyyatı və yaradıcı yazı (yaradıcı yazı, kritik analiz, müstəqil öyrənmə)
– İncəsənət tarixi (tədqiqat bacarıqları, təqdimatlar, tənqidi və analitik düşünmə)
– Təbii elmlər (analitik bacarıqlar, tədqiqat bacarıqları, təhlil, tənqidi düşünmə)
Bütün dərslər ingilis dilinin intermediate və daha yüksək səviyyədə biliklərinə sahib olan tələbələr üçün nəzərdə tutulub.
Kifayət qədər ingilis dilinin bilikləriniz yoxdursa, Foundation English kursunu seçib, öz biliklərinizi inkişaf etdirə biləcəksiniz.
Lakin bu proqram ancaq akademik məzmunu ilə yaddaşınızda qalmayacaq. Sizi əyləncə, idman və incəsənətlə məşğul olma, maraqlı ekskursiyalar rəngarəng proqram gözləyir.
Bu proqram kimlər üçündür:
- Xaricdə təhsil almağı planlaşdıran və gələcəkdə planladığı ixtisasda özlərini sınamaq istəyənlər üçün;
- Gələcək təhsil və ya iş üçün İngilis dili istifadə etmək istəyənlər üçün;
- İngiltərədə və ya ingilisdilli digər ölkələrdə daha sonra təhsil almaq istəyənlər üçün;
- Britaniyada qapalı məktəb-pansionlarda yaşamaq və təhsil təcrübəsini əldə etmək istəyənlər üçün.