Sixth Form Colleges
Sixth Form Colleges – yuxarı sinif şagirdlərini, xarici tələbələri və Britaniyalıları GCSE və A-Level imtahanlarına hazırlayan xüsusi təhsil müəssisələrinin bir qrupudur.
Ənənəvi məktəb-pansionlardan fərqli olaraq, burada teatr tamaşaları və xorun məşqləri, idman yarışları yoxdur, idman məşğələləri isə mütləq deyil.
Bütün səylər bir hədəfə – şagirdləri maksimal yüksək nəticə ilə Britaniya universitetinə hazırlamağa yönəldilib. Bu iş ən yaxşı müəllimlər tərəfindən 6 nəfərdən çox olmayan kiçik qruplarla aparılır.
Tələbələr və müəllimlər arasında məşğələlər və ünsiyyət üslubu demək olar ki, “universitet müstəvisinə” keçirilib. Nahardan sonrakı boş vaxtı tələbə özü öz prioritetlərinə müvafiq olaraq təşkil etməlidir. Universitet kitabxanaları Şagirdlərin ixtiyarındadır.
Bir qayda olaraq, belə təhsil müəssisələrinin əksəriyyətini İngiltərənin ən nüfuzlu universitetlərinin məzunları təsis edib. Onlar, şagirdlərə fikri xırdalıqlara yayınmadan, əsas məqsəd – nüfuzlu universitetə daxil olmağa fokuslanmaq imkanı verən təhsil müəssisələrini yaratmağı düşünüblər.
Buna görə, kollec məzunlarının çox yüksək faizlə ölkənin ən yaxşı universitetlərinə daxil olması, bəzilərində isə ilk seçim universitetinə 100% qəbul olduqca məntiqlidir.
Bir qayda olaraq, kolleclər ənənəvi məktəb-pansionlardan fərqli olaraq, şəhərlərin mərkəzində, çox vaxt böyük universitetlərə ən yaxın qonşuluqda yerləşir.
Kollecdə təhsil motivasiyalı tələbələrə uyğundur, hansılar ki, öz vaxtını təşkil edə bilir, fikrini sırf məşğələlərində cəmləşdirir, özü üçün qidalanma təşkil edə bilir, məişət məsələlərində tamamilə sərbəstdir.
Belə kolleclər xarici tələbələrə yeni ölkədə tez uyğunlaşmağa kömək edir.
Bu tip təhsil müəssisələri xarici tələbələrə 2 variant– yataqxanada və ya ailədə yaşayış təklif edir.
Biz tövsiyə edirik: