Qarışıq tədris məktəbləri – St. Francis’ College

Qarışıq tədris məktəbləri – St. Francis’ College

Məktəbin adı St. Francis’ College
Yaranma ili 1933
Məktəbin şüarı Cor unum, anima una (“Bir qəlb və bir ruh”)
Veb-sayt www.st-francis.herts.sch.uk
Yerləşməsi Letchworth Garden City
Ən yaxın hava limanı Luton, Stansted, Heathrow
Kampusun ölçüsü 3 hektar
Şagirdlərin yaşı 3 – 18 yaş
Şagirdlərin sayı 365
Xarici tələbələrin faiz göstəricisi 15%
Pansion-məktəbdə şagirdlərin sayı 49
Qeydiyyat zamanı
Təhsil haqqı ildə £ 31995 (böyük sinif məktəbi)
Qəbul üçün tələblər Riyaziyyat və İngilis dilindən 2 qəbul imtahanı, Namizəd ilə skype-müsahibə, son iki il üçün Davamiyyət cədvəlləri və cari məktəbin müəllimlərinin tövsiyələ məktubları.
Proqramlar GCSE, A-Levels, semestrlik qısamüddətli proqram, 2 həftəlik qısamüddətli test proqramı
ESL EAL proqramı

Məktəb haqqında qısa informasiya:
Qızlar üçün ənənəvi məktəb-pansion St. Francis’ College dünyanın ilk şəhər-bağı hesab olunan kiçik Letchworth Garden City şəhərciyində yerləşir. Şəhər Londondan Kembricə gedən yolun düz ortasında yerləşir, məktəbə qatarla Kings Cross vağzalından 35 dəqiqəyə çatmaq olar.
Məktəbdə 3 yaşdan 18 yaşa qədər təxminən 400 qız oxuyur, onlardan əksəriyyəti gündüz məktəbin şagirdi olan yerli qızlardır. Xarici qız şagirdlərin faiz göstəricisi- 15%. Məktəb xristian dəyərlərinə əsaslanan müasir müxtəliftərəfli təhsil təklif edir. Hər bir qız üçün fərdi dəstək məktəbli qızlara mənəvi, intellektual, yaradıcı və fiziki tərəfdən inkişaf etməyə kömək edir.

St. Francis’ College ölkədə qızlar üçün ən yaxşı özəl məktəblərdən biri hesab edilir: dəstək və qayğı atmosferi sayəsində məktəbli qızlar təhsildən həzz alaraq öz akademik potensialını tam aça bilərlər. Bir çox məzunlar Kembric və Oksford daxil olmaqla ölkənin və dünyanın ən nüfuzlu universitetlərinə daxil olurlar.