Qızlar üçün məktəblər
Bircinsiyyətli təhsil ənənələri bizim ölkəmizdə də olub. Lakin 20-ci əsrin sonuna SSRİ-də bütün məktəblər qarışıq təhsilə keçirilib. Bu bizim çoxəsrlik ənənəmiz deyil və bizim mədəniyyətimiz deyil.
Lakin faktlar bircinsiyyətli təhsilin, məsələn, Böyük Britaniya, ABŞ, Kanada və İsveçrədə belə ənənəviliyinin əsaslılığını inadla sübut edir.
Britaniya qız məktəblərinin şagirdləri ən çox riyaziyyat, fizika və kimyanı öyrənməyi sevirlər. Bu rəqəmlər ölkə üzrə orta göstəricidən daha yüksəkdir.
Nüfuzlu qız məktəblərinin direktorları sübut edirlər ki, onlar qızların məhz qız məktəblərindəki təhsildən üstünlüklər əldə etmələrində maraqlıdırlar. Onlar hesab edirlər ki, belə məktəblərdə qızlar tamamilə öz potensialını aça, öz təbiətini nəzərə alaraq oxuya və inkişaf edə bilərlər.
Və, inanın ki, bir çox qız məktəbinə baş çəkib qızların xoşbəxt gözlərini gördük.
“Britaniya” qız məktəbləri daha ənənəvi, və bir qayda olaraq, akademik cəhətdən güclü və texniki olaraq irəlidədirlər. Bu, “əsilzadə qızlar institutu” deyil. Britaniya məktəblərində elm, riyaziyyat, ingilis dilləri və incəsənət ciddi tədris olunur. Bəzi məktəblərdə karate və başqa idman növləri ilə məşğuliyyət məcburidir. Bir qayda olaraq, qızlar texniki olaraq irəliləmiş, kompüterdə işləməyi yaxşı bacarırlar.
“Amerika” qız məktəbləri texniki olaraq irəlilədilmişdir. Böyük aksent liderlik keyfiyyətlərinin inkişaf etdirilməsinə edilir. Qızları dünyanı fəth etməyə, tarixdə öz izini qoymağa hazırlayırlar. Onları ictimaiyyət qarşısında çıxış etməyə hazırlayırlar, bacarıqlarını debatlarda inkişaf etdirirlər. Qız məktəbləri Qadın haqları üzrə Assambleyalar və s. tədbirlərdə iştirak edirlər. Məktəbləri tez-tez ölkənin məşhur qadın-liderləri ziyarət edir. Qızlar – elmi müsabiqə və layihələrin aktiv iştirakçılarıdır.
“Kanada” qız məktəbləri – həmçinin texniki olaraq güclüdürlər. Qızları həm akademik hazırlayırlar, həm də onlara liderlik bacarıqlarını inkişaf etdirməyə kömək edirlər. Təbiətdə çox aktiv tədbirlər, çox faydalı bacarıqlar.
“İsveçrə” qız məktəbləri – akademik cəhətdən güclü məktəblərdir. Lakin buradakı təhsildə sırf “qadın özəlliyini” tapmaq olar. Burada Etiket üzrə məcburi kurs var, həm də fransız dilində.
Sizin hələ də şübhələriniz qaldı? Siz öz qızınızı məktəblərin birində təsəvvür etdiniz? Bizə konsultasiyaya gəlin.
Biz tövsiyə edirik:
Branksome Hall (ON, Canada)
The Madeira School (VA, USA)
Miss Hall’s School (MA, USA)
Miss Porter’s School (MA, USA)
St Timothy’s School (MD, USA)
Santa Catalina School (CA, USA)
Havergal College (ON, Canada)
The Bishop Strachan School (ON, Canada)
Queen Margaret School (BC, Canada)
Badminton School (UK)
Kilgraston School (UK)
Mayfield School (UK)
Harrogate Ladies School (UK)
Stonar School (UK)
Surval Montreux (Switzerland)