Qarışıq tədris məktəbləri
Qarışıq tədris məktəbləri (co-educational schools) Azərbaycan ailələri üçün xaricdə təhsilin ən aydın və hamı tərəfindən qəbul edilmiş variantıdır. Proqramlarında həm oğlanları, həm də qızları qəbul edən qarışıq tədris məktəbləri bizim ölkəmizdə olub və var, bu, dünyada təhsil müəssisəsinin ən yayılmış tipidir.
Deməli, bizim uşaqlarımız oraya tez uyğunlaşa və tanış şəraitə öyrəşə biləcəklər.
Qarışıq tədris tərəfdarları bu tədris formasının bir sıra üstünlüklərini göstərirlər
Tez uyğunlaşma – onlardan biridir.
İkinci üstünlük – ünsiyyət bacarıqlarının inkişafıdır. Məktəblilər təbii rəqabətə alışır. Onlar bir-biri ilə kommunikasiya qurmağı, uyuşqanlıq göstərməyi, başqalarının nöqteyi-nəzərinə hörmətlə yanaşmağı öyrənirlər.
Birgə təhsil tərəfdarları hesab edir ki, əks cinsin olması uşaqları özünüinkişafa motivasiya edir.
Qarışıq təhsil alarkən qızlar və oğlanlar artıq sinifdə bərabər hüquqlu olduqlarını anlayırlar. Müəllimlər onları cinsiyyətlərinə görə deyil, onların akademik nəticələrinə görə qiymətləndirir. Və burada şanslar tamamilə bərabərdir.
Birgə məktəblərdə təbii sosiallaşma baş verir. Bəzən bircinsiyyətli məktəblərin şagirdləri əks cinslə ünsiyyətdə çətinliklərlə qarşılaşdıqlarını deyirlər. Birgə məktəblərdə sosiallaşma gündəlik məktəb həyatında baş verir.
Birgə məktəb tərəfdarları həmçinin qeyd edirlər ki, məhz bu məktəblərdə uşaqları real dünyada real həyata hazırlayırlar, çünki daha sonra onlar həm kişilərin, həm də qadınların olduğu dünyada yaşamalı və işləməli olacaqlar.
Mütəxəssislər qarışıq təhsil sisteminin həmçinin bir sıra çatışmazlıqlarını göstərirlər.
1. Şagirdlər təhsildən yayına bilərlər. Belə məktəblərin çatışmazlıqlarından biri odur ki, bəzən şagirdlər fikrini dərsə cəmləməkdə çətinlik çəkir;
2. Oğlanların qızlardan fərqi. Oğlanlar, bir qayda olaraq, dəqiq elmlərdə daha güclüdür. Halbuki qızlar şifahi çıxışlar, kommunikasiyalar və dillərdə daha müvəffəqiyyətli olur. Bu bəzən sinfin işində disbalansa gətirir, çünki, sinfin qız hissəsi daha yaxşı, oğlan hissəsi isə nisbətən zəif işləyə bilər və ya əksinə. Bu sinifdəki ab-havaya və dərsin keçirilmə tempinə təsir edir;
3. Akademik nəticələr. Bəzən utancaqlıq və sıxılma uşaqların sinifdə çıxış etməsinə və dərsə cavab verməsinə təsir edə bilər. Əks cinslərdə tədris prosesində həmçinin əminliyin çatışmazlığı və komplekslər də meydana çıxa bilər;
4. Bir sinif və təhsil müəssisəsi çərçivəsində sıx ünsiyyət əvvəlcə maraq doğura, daha sonra isə əks cinslə erkən münasibətlərinə gətirib çıxara bilər.
Biz Sizə qarışıq təhsil sisteminin “lehinə” və “əleyhinə” olan arqumentləri göstərməyə çalışdıq. Qərar Sizin olacaq.
Qeyd etmək istəyirik ki, qarışıq təhsil məktəbləri bir çox ölkənin reytinqlərinin top-mövqelərindədir, bu da onların akademik əsaslılığını göstərir.
Biz tövsiyə edirik: