Oğlanlar üçün məktəblər
Sübut edilmişdir ki, oğlanlar və qızlar materialı fərqli qəbul edirlər, qərarların axtarışı üçün müxtəlif üsullar istifadə edirlər. Qızlar detallarda “güclüdür”, tapşırığın icrasını mükəmməlliyə çatdırırlar.
Oğlanlara novator yanaşması, qeyri-standart düşünmək qabiliyyəti xasdır, onlar ixtiraçı və zirəkdirlər.
Adi məktəblərdə daha çox qəbul edilmiş şablon üzrə icraya diqqət yetirilir, buna görə də oğlanların təhsildə müvəffəqiyyət qazanmaq şansı daha azdır.
Oğlanlar üçün özəl məktəblər təfəkkürün məhz kişi tipinin xüsusiyyətlərini nəzərə alırlar, və belə yanaşma yaxşı nəticələr verir.
Dəyişməz statistika sübut edir ki, oğlan məktəblərinin məzunlarının yaxşı universitetə daxil olmaq şansı qarışıq tipli məktəblərin məzunlarından 10% daha çoxdur. Oğlanlar öz enerjisini və vaxtını qızların diqqətini qazanmağa sərf etmir, şəxsi inkişaflarına daha çox vaxt ayırırlar. Burada kişi xarakteri formalaşır, bütün həyat boyu saxlanılacaq dostluq münasibətləri qurulur.
Oğlan məktəbləri həmişə texniki olaraq yaxşı təchiz edilmişdir, onlar ən yaxşı idman meydançaları ilə öyünə bilərlər. Oğlanların asudə vaxtı elə ətraflı düşünülərək təşkil edilmişdir ki, bütün vaxt – maraq klubları olsun, və yaxud idman məşğələləri arasında bölünmüşdür.
Oğlanlar üçün məktəblərin opponentləri deyirlər ki, burada mühit sünidir, oğlanlar sosiallaşmağa hazır deyil. Bu tamamilə belə deyil. Bir qayda olaraq, oğlan məktəbləri həmişə qız məktəbləri ilə mehribandır. Onları çoxsaylı birgə tədbirlər, teatr tamaşaları, diskoteka və s. birləşdirir.
Buna görə oğlanlar tam harmonik inkişaf edirlər.
Oğlanlar üçün olan məktəblərin əsaslılığının sübutu – məzunların yüksək akademik nəticələridir. Axı ən məşhur Britaniya məktəbləri – əsasən oğlanlar üçün nəzərdə tutulan – Eton, Dulwich, Harrow, Charterhouse məktəbləridir. Ora daxil olmaq olar, amma uşağı 10.5 yaşa qədər qeydiyyatdan keçirmək lazımdır. Sonra uşağı hər il test və müsahibə üçün dəvət edəcəklər. Belə “ən yüksək məktəblərə” qəbul – Böyük Britaniyadan olan tərəfdaşlarımızla həyata keçirdiyimiz ayrı bir layihədir. Burada çoxillik hazırlıq tələb olunur.
Biz tövsiyə edirik:
Bedford School (UK)
Merchinston Castle School (UK)
Upper Canada College (ON, Canada)
St.Andrew’s College (ON, Canada)
St.George’s School (BA, Canada)
Salisbury School (CT, USA)