Hərbi məktəblər
Qabaqcadan qeyd edək ki, hərbi məktəblər Azərbaycan ailələri arasında hələ məşhurluq qazanmayıb. Bizim ailələrimiz bu məktəb tipi ilə tanış deyil.
Hərbi məktəblər haqqında bir neçə mif mövcuddur:
- Hərbi məktəblər istefaya çıxmış zabitlər üçün iş yeridir. Əslində, hərbi məktəbin direktoru heç də həmişə keçmiş hərbi qulluqçu olmur. Bu mahirlik, məktəblərin inkişafı üçün lazımlı vasitələri toplamaq bacarığı tələb edən normal inzibati vəzifədir. Bu bacarıqlarla bərabər hərbi xidmət təcrübəsinin olması daha yaxşıdır;
- Bütün hərbi məktəblər yalnız hərbi işi öyrədirlər. Əslində, bu adi özəl, lakin xüsusi aksenti olan məktəblərdir. Böyük diqqət ciddi intizam, idman məşğələləri və maraq klubları ilə birlikdə akademik hissəyə ayrılır;
- Hərbi məktəblərin məzunları yalnız hərbi karyera seçirlər. Hərbi məktəblərdə akademik hazırlıq çox ciddidir, bu da məzunlara ən nüfuzlu universitetlərə daxil olmaq imkanı verir. ABŞ-ın bəzi hərbi məktəblərində hərbi karyeranı davam etdirən məzunlar 5%-dən aşağıdır;
- Hərbi məktəblər davranış problemləri olan şagirdlər üçündür. “Qəliz yeniyetmələr” üçün ixtisaslaşdırılmış alternativlər məktəblər mövcuddur. ABŞ-ın 42 hərbi məktəbi özünü College preparatory schools hesab edir, bu məktəblər universitetə hazırlayırlar. Məktəblərin çoxunda tədris planı ən yaxşı nəticələr əldə etmək üçün formalaşdırılıb;
Hərbi məktəblər öz intizamı ilə məşhurdur. Müasir hərbi texnologiyalar “zərərli saytlara” çıxışın istənilən siqnalını aşkar etməyə və söndürməyə imkan verir. Eyni zamanda informativ saytlara giriş açıqdır. Bir çox məktəbdə mobil telefondan istifadə qadağandır. Eyni zamanda idman məşğələləri və maraq klublarının geniş seçimi mövcuddur.
Bəzi məktəblər ixtisaslaşdırılmış proqramlar təklif edir: pilot proqramları, dəniz işi.
Bir qayda olaraq, hərbi məktəblərin kursantları uniformanın bir neçə növünü geyinir.
Sosial həyatları da həmçinin aktivdir. Hərbi məktəb şagirdləri, bir qayda olaraq, qızlar üçün olan məktəblərlə mehribandır. Onların birgə tədbirləri, teatr tamaşaları və layihələri olur. Həmçinin istirahət günlərində şagirdlər şəhərə gəzməyə çıxırlar.
Biz tövsiyə edirik:
Folk Union Military Academy (МA, USA)
Army and Navy Academy (CA, USA)
Admiral Farragut Academy (FL, USA)
New Mexico Military Institute (NM, USA)
Riverside Military Academy (GA, USA)
Robert Land Academy (ON, Canada)