Orta əsr sarayında Alman dili

Orta əsr sarayında Alman dili

*Alman dilində əlavə təhsil almaq üçün ən yaxşı hazırlıq proqramıdır;
*Təşkilatçılar – Super Star Awards sahibləri (5 ildir ki, Avropada ən yaxşı dil məktəbi seçilir)

Məktəbin adı: Munich Castle Camp
Yerləşmə: Burg Şvanek, Münhen, Almaniya
Ən yaxın hava limanları: Münhen, Almaniya
Proqramın müddəti: 30 iyun – 21 iyul (3 həftə)
Dərslərin sayı: həftədə 20 dərs
İştirakçıların yaşı : 14-17
Yaşayiş yeri: yataqxanada
Qidalanma: gündə 3 dəfə
Ekskursiyalar: Münhen, Daxau toplama düşərgəsi, Olimiya Mərkəzi, Muzeylər, Zoo, Münxen qalaları

1843-cü ildə tikilmiş daha sonra restavrasiya olunmuş saray. Hal hazırda burada böyük beynəlxalq şirkətlər tərəfindən seminarlar keçirilir. Saray, Izar çayının sahilində, Münhen şəhər mərkəzindən 10 km uzaqlıqda yerləşir.

Az saylə qruplar (bir qrupda 12 nəfərə qədər), 3 dil səviyyəsi (başlanğıc, orta, təkmilləşdirilmiş). Təəssüf ki, mərkəz daha öncə alman dilini öyrənməmiş tələbələri qəbul etmir.

Səhər alman dili üzrə 4 dərs keçirilir, nahardan sonra isə tədbirlərin maraqlı bir proqramı və ekskursiyalar. Səhifədə yerləşdirlimiş təqribi hazırlanmış cədvəli nümunə kimi yükləyə bilərsiniz.

Uşaqlar duş ilə təmin olunmuş 4-5 nəfərlik geniş və təmirli otaqlarda yerləşdiriləcəklər.

Yay aylarında dünyanın 30 ölkəsindən gənclər alman dilini öyrənmək üçün mərkəzə gəlirlər.

Bu proqram kimlər üçündür:

  • Almaniyada və ya Avstriyada alman dilində əlavə təhsil almaq istəyənlər üçün;
  • Alman dilini təhsil və ya işdə istifadə etmək istəyənlər üçün;
  • Alman sarayında yaşamaq və öyrənmə təcrübəsini qazanmaq, cənub Almaniya mədəniyyəti ilə tanış olmaq və bu ölkəni kəşf etmək istəyənlər üçün
BU PROQRAMA MÜRACİƏT ETMƏK İSTƏYİRƏM