New York Central



Məktəbin adı: | Iona College |
Yerləşmə: | Rochelle Park, New York |
Ən yaxın hava limanları: | John Kennedy International Airport |
Proqramın müddəti: | 19 iyun (birinci qrup), 30 iyul (sonuncu qrup) (2-3 həftə) |
Dərslərin sayı: | həftədə 15 saat ingilis dili dərsləri |
İştirakçıların yaşı : | 10-20 yaş |
Yaşayiş yeri: | Universitetin kampusu (iki nəfər üçün nəzərdə tutulmuş otaqlar) |
Qidalanma: | gündə 3 dəfə |
Ekskursiyalar: | Statue of Liberty, Wall Street, Brooklyn Bridge, Madison Square Garden, Museum of Modern Art, 9/11 Memorial, Lincoln Centre və s. |
Iona College Rochelle Parkda, New Yorkda yerləşir. Rochelle Parkı mağazaları, ticarət mərkəzləri, əyləncə mərkəzləri və kinoteatları ilə seçilir. Nyu-Yorka asanlıqla qatar vasitəsi ilə 30 dəq Manhattan mərkəzinə çatmaq olar.
Kampusun yerləşdiyi şəhərkənarı yer çox baxımlı və mənzərəli yer olamaqla bərabər cəlbedici binaları ilə də seçilir. Kampus müasir avadanlıq ilə təciz olunmuş otaqları, qapalı və açıq istirahət sahələri və üzgücülük hovuzu ilə məhşurdur.
Proqramiın əsas məqsədi ingilis dilini öyrənməkdir. Hər həftə 15 saatlıq dərs keçirilir. Kursun sonunda sertifikat təqdim edilir.
Əlavə proqramlar da mövcüddür: Birləşmiş Millətlər Təşkilatının Kursu (Birləşmiş Millətlər Tədqiqatı) və Maliyyə Kursu. Birləşmiş Millətlər Təşkilatının kursu BMT-nin tarixi və missiyasını, eləcə də öz qərargahını ziyarət etməkdən ibarətdir. Bu baxımdan, kursda iştirak etmək istəyənlər ciddi geyim tərzində geyinməlidirlər. Kurs 15-18 yaş arası yeniyetmələr üçün nəzərdə tutulub, hər qrupda 15-20 iştirakçı olur. Bu kurda iştirak üçün ingilis dilini ən azı B1 səviyyəsində bilmək vacibdir. Kursun qiyməti həftədə 70 dollardır.
Maliyyə kursu uşaqlara effektiv düşünmə və iqtisadi bacarıqları inkişaf etdirməyə kömək edəcəkdir. Kursda Risklərin İdarə Edilməsi, Korporativ Maliyyə, Beynəlxalq Monetar Sistemlərin Tarixçəsi daxildir. Sinifdə qazanılmış təcrübəni zənginləşdirmək üçün maliyyə mərkəzinə ekskursiyalar təşkil olunur. Kurs, hər biri 15-20 nəfərlik qruplar olmaqla 15-18 yaş arasındakı yeniyetmələr üçün nəzərdə tutulmuşdur. Bu kursda iştirak etmək üçün ən az B2 səviyyəsində İngilis dili bilmək vacibdir. Kursun qiyməti həftədə 70 dollardır.
Proqramın əlavə üstünlüklərindən biri də “Universitet Günü” ndə iştirak etmək imkanıdır, bu sayədə uşaqlar ABŞ-da təhsil sistemi ilə tanış olacaq və universitetlərə daxil olmaq haqqında bütün lazımi məlumatları öyrənə biləcəklər.
Bu proqram kimlər üçündür:
- ABŞ-ın TOP universitetlərində əlavə təhsil almaq istəyənlər üçün
- İngilis dilini təhsil və yaxud iş üçün öyrənmək istəyənlər
- Dünyanin ən yaxşı universitetlərindən birində yaşamaq və təhsil təcrübəsi qazanmaq istəyənlər üçün