Londonda ailəvi proqram

Londonda ailəvi proqram

Uşaqlar, yeniyetmələr və valideynlər eyni binada İngilis dili öyrənə biləcəyi unikal bir proqramdır.

Valideyinlərin seçimi var – dil öyrənmək və ya Londonda azad vaxtından zövq almaq.

Bir çox ailə təkrar-təkrar qayıdır, uşaqlar yarım gün və ya tam gün proqramlarında bir dil öyrənə bilərlər. Yarım gün proqramını seçmiş olsanız, əvvəlcədən qərar verməlisiniz – dərsləriniz (həftədə 5 dəfə Bazar Ertəsi – Cümə) günün birinci yarısında (09:00-dan 12:30-a) və ya ikinci yarısında (13:30-dan 17:00-a) keçirilməlidir. Bu cür proqram üçün 5-17 yaş arası uşaqları habelə böyükləri 18 yaşdan böyüklər qəbul olunurlar.

Əgər sizin seçdiyiniz proqram tam günü əhatə edirsə, o zaman dərsləriniz 09:00-dan 17:00-a qədər keçiriləcək. Bu cür proqram üçün 13-17 yaş arası olan yeniyetmələr qəbul olunur.

Proqramların keçirilmə tarixi 24 iyun – 9 avqust. Proqramın müddəti özünüz seçə bilərsiniz (1–7 həftəyədək).

Məktəblər şəhər mərkəzində, Gloucester Road və Earl Court stansiyalarının yaxınlığında yerləşir.

Proqramda 48 ölkədən gələn ailə iştirak edir. Məktəb yaşayış yerini təmin etmir, lakin məktəbin yaxınlığında yerləşən otellərin siyahısını təklif edir.

Proqramda iştirak etmək üçün tələb olunan məbləğ:

–         Yarım günlük (5-17 yaş arası) – 350 funt sterlinq (həftəlik)

–         Yarım günlük (18+ yaş) – 395 funt sterlinq (həftəlik)

–         Tam günlük (13-17 yaş arası) – 720 funt sterlinq (həftəlik) 5-6 yaş arasında olan uşaqlar, YALNIZ dərslər başlayana qədər məktəb binasında qalan böyüklər tərəfindən müşayiət olunacağı təqdirdə proqrama qəbul edilir.

BU PROQRAMA MÜRACİƏT ETMƏK İSTƏYİRƏM