London Uxbridge



Məktəbin adı: | Brunel University London |
Yerləşmə: | Uxbridge, Qərbi London, Brunel University |
Ən yaxın hava limanları: | London Heathrow |
Proqramın müddəti: | 16 iyul – 30 iyul (2 həftə) |
Dərslərin sayı: | həftədə 15 saat ingilis dili dərsi |
İştirakçıların yaşı : | 10-17 yaş |
Yaşayiş yeri: | Universitetin kampusu (en-suite və standart otaqlar) |
Qidalanma: | gündə 3 dəfə |
Ekskursiyalar: | Oxford, Brighton, Cambridge, London Eye, River Cruise, ArcelorMittal & Orbit; Planet Hollywood’də yemək; London Dungeon |
Kampus Uxbridge-də yerləşir və universitet şəhərciyi sayılır. Yataqxanalar, yeməkxana, sinif otaqları və idman obyektləri bir-birinə yaxın məsafədədir. Kampus yaxın zamanda yenilənmişdir və ən müasir avadanlıqlar ilə təchiz olunmuş otaqlar ilə təmin edilmişdir. Kampusun əsas xüsusiyyətləri arasında böyük bir sahə, çoxlu yaşıllıq, pulsuz Wi-Fi, idman meydançaları və s. daxildir. Londonun mərkəzinə yaxın olması ilə seçilən və universitet həyatının bütün faydalarını və imkanlarını istifadə etmək istəyən tələbələr üçün ideal yerdir.
Heathrow Beynəlxalq Hava Limanına (Heathrow) yaxın məsafədə yerləşməsi də proqrama böyük üstünlük qazandırır.
Proqramın əsasını ingilis dilini öyrənmək təşkil edir. Hər həftə 15 saat dərs keçirilir. Proqram bitdikdən sonra sertifikat təqdim olunur.
İngilis dili biliklərini dərinləşdirmək üçün IELTS / Akademik İngilis dili kursu da keçə bilərsiniz. Bu kursda iştirak etmək üçün B1 + səviyyəsində İngilis dili biliyinə sahib olmalısınız. İştirakçılar 15 yaşdan yuxarı olmalı və sayı ən az 12 olmalıdır. Qiymət 1 tələbəyə 50 funt (minimum sifariş müddəti – 2 həftə).
Tələbə üçün proqramın qiyməti (qidalanma, ekskursiyalar, səyahət kartları, giriş biletləri, Bakı-London-Bakı avia bileti, 2-istiqamətli hava limanı transferi, viza haqqı, səyyahət sığortası daxildir): 2800 GBP
Valideyn üçün proqramın qiyməti (qidalanma, ekskursiyalar, səyyahət kartları, qiriş biletlər, Baku-London-Baku bileti, 2-istiqamətli hava limanı transferi, viza haqqı, səyyahət sığortası daxildir): 2200 GBP
Bu proqram kimlər üçündür:
- Böyük Britaniyanın TOP universitetlərində gələcəkdə təhsil almaq istəyənlər üçün
- İngilis dilini təhsil və yaxud iş üçün öyrənmək istəyənlər
- Dünyanın ən yaxşı şəhərlərindən birində yaşamaq və təhsil təcrübəsi qazanmaq istəyənlər üçün