Karyera üzrə mütəxəssislər hesab edir ki, bugünkü yuxarı sinif şagirdləri gələcəkdə öz karyerasını dörd dəfə kökündən dəyişəcəklər. Hansı bacarıqlar lazım olacaq?
“Gələcəyin peşələri” nə deməkdir? 5-10 il sonra hansı mütəxəssislərə ehtiyac olacaq? Xaricdə nəyi öyrənmək lazımdır ki, sonra həm maraqlı işlə məşğul olasan, həm də yaxşı qazanasan?
Gələcəyə baxış
Bu gün biz hamımız dinamik, sürətlə dəyişən dünyada yaşayırıq. İrəliləmə bütün peşəkar sahələrdə baş verir, buna görə daim yeni sahələr üzrə mütəxəssislərə ehtiyac yaranır. Lakin, dəyişən tendensiyalarla necə ayaqlaşmaq olar?
Bütün dünyada bir çox mütəxəssis hansı peşələrə daha böyük tələbatın olacağını müəyyən edərək gələcəyin vakansiya bazarının proqnozlaşdırması ilə məşğuldur.
Ekspertlərin fikrincə, yaxın gələcəkdə müxtəlif sahələrin işçiləri üçün aşağıdakı bacarıqlar xüsusilə əhəmiyyətli olacaq:
- iş prosesində müxtəlif texnologiyalardan istifadə etmək bacarığı
- texniki inkişafın ümumi təqib etmək bağacığı
- müxtəlif yanaşı sahələrdə fənlərarası təhsil, bilik və bacarıqların mövcudluğu
- komandada işləmək bacarığı və inkişaf etdirilmiş liderlik qabiliyyəti
- xarici dil biliyi
- böyük həcmdə məlumat ilə işləmək bacarığı
- yaradıcı düşüncə və yeni, qeyri-adi həllərin tapılmasına meyl
- vaxtın tənzimlənməsi qabiliyyəti
Bununla belə müasir analitiklər gələcəkdə tələb ediləcək və məşhur olacaq bir sıra ixtisasları ayırırlar.
Hansı ixtisasa yiyələnmək lazımdır?
Gələcəyin Top 5 peşəsini və artıq bu gün bu peşələrə yiyələnə biləcəyiniz ölkələri sizə təqdim edirik.
IT-genetik / IT-təbib
Gələcək, tibbə texniki tərəqqi gətirəcək mütəxəssislərin əlindədir. Beləliklə, tibb yeni səviyyəyə çatacaq, genetik və irsi çatışmazlıqlar daxil olmaqla, ən ciddi xəstəliklərin müalicə metodları tapılacaq.
Tədris ölkəsi:
ABŞ, Kanada, Böyük Britaniya, Avstraliya
Rəqəmsal dilşünas
Rəqəmsal dilşünas – dilşünas-humanitarlığın yeni tipidir, hansı ki, böyük həcmdə məlumat ilə işləyir və istifadəçi və kompüter arasında ünsiyyət prosesini təbii dildə sadələşdirir. Rəqəmsal dilşünaslar məlumaе üzərində işləyir, semantik axtarış və İnternet şəbəkəsində “ağıllı” semantik tərcümə sistemlərini işləyib hazırlayırlar.
Tədris ölkəsi:
Sinqapur, İsveç, Yeni Zelandiya, ABŞ
Urbanist-ekoloq
Gələcəkdə ətraf mühitlə bağlı düşüncə və peşəkar fəaliyyət xüsusi əhəmiyyət kəsb edəcək. Yeni ekoloji təmiz şəhərlər, eləcə də indiki və gələcək nəsillər üçün planetin və onun resurslarının qorunub saxlanılması üzrə müxtəlif sistemlər layihələndiriləcəkdir.
Tədris ölkəsi:
Kanada, İrlandiya, ABŞ, Çin, Rusiya
Sağlam qocalıq üzrə məsləhətçi
Müasir həyat tərzini nəzərə alsaq, gələcəkdə bir çox insanlara sağlam qocalıq üzrə məsləhətçilərin xidmətləri lazım olacaq. Bu sahənin mütəxəssisləri olan təbiblərə xüsusi ehtiyac duyulacaq. Onların vəzifələrinə yaşlı insanlar üçün fərdi qidalanma, fiziki yük və müalicə sistemlərinin hazırlaması daxildir.
Tədris ölkəsi:
Böyük Britaniya, İsveç, Hollandiya, Kanada
Liderlik və komanda işinin menecmenti
Ekspertlər inanırlar ki, gələcək – komanda işinin arxasındadır. Korporativ ünsiyyət və etiket, liderlik və insan resurslarını idarəetmə bacarıqları artıq bu gün demək olar istənilən sahədə müvəffəqiyyətli iş üçün zəmindir.
Tədris ölkəsi:
Kanada, Avstraliya, Böyük Britaniya, ABŞ