Fransa cənubundakı İncəsənət Məktəbi
*Yaradıcı tələbələr üçün proqram;
*İncəsənət, Memarlıq və Fotoqraf sənəti kursları



Məktəbin adı: | Les tapies |
Yerləşmə: | Fransanın cənubunda |
Ən yaxın hava limanları: | Lyon, Fransa |
Proqramın müddəti: | Sessiya 1 (3 həftə) 24 İyun – 15 İyul 2019; Sessiya 2 (2 həftə), 18 İyul – 1 Avqust 2019 |
Dərslərin sayı: | həftədə 30 dərs |
İştirakçıların yaşı : | 13-18 |
Yaşayiş yeri: | yataqxanada |
Qidalanma: | gündə 3 dəfə |
Ekskursiyalar: | Avinyon, Pon-dü-Qar su kəməri, Pol Sezann muzeyi və s. |
Əsas (Major) kurs seçimi: | Memarlıq Rəssamlıq Fotoqraf sənəti |
Əlavə (Minor) kurs seçimi: | Dizayn və İnşaat Fotoqraf sənəti İncəsənət tarixi Rəssamlıq |
Bu, gələcəkdə Memarlıq, Rəssamlıq və ya Fotoqraf sənəti sahələrində təhsil almaq istəyən yaradıcı uşaqlar üçün unikal yay proqramıdır. Proqram İngilis dilində keçirilir.
“Sənət ətrafında”, belə ki, Fransada tarixən formalaşmış, Fransanın ən məşhur sənətçilərinin yaşadığı və işlədiyi bölgəsidir. Proqram, valehedici Rona vadiləri və fransız Alp dağları mənzərəli, Fransanın cənubunda bərpa edilmiş bir kənddə keçirilir.
Proqramda incəsənətlə maraqlanan, dünyanın hər yerindən 30 tələbə iştirak edir. Uşaqlar rəssamların emalatxanalarının yanında yaşayır və işləyirlər. Kursa, Phillips Exeter Məktəbinin (ABŞ) İncəsənət fakültəsinə bir neçə il rəhbərlik etmiş bir rəssam rəhbərlik edir.
Emalatxanadakı fəaliyyətdən əlavə, uşaqlar, Pol Sezann Muzeyi, qədim Roma Pon-dü-Qar su kəmərləri, Fransanın cənubundakı muzeylər və qalalar, açıq hava altındakı incəsənət obyektləri, Avinyon və s. kimi tematik ekskursiyalarda iştirak edirlər.
1-ci sessiyanın qiyməti 5 530 avro, 2-ci sessiyanın dəyəri isə 3 970 avrodur.
Bu proqram kimlər üçündür:
– incəsənət ixtisası üzrə gələcək təhsilini planlaşdıranlar üçün;
– gələcək təhsil və ya iş üçün ingilis dilini istifadə etmək istəyənlər üçün;
– yayda, çoxşaxəli və məqsədyönlü incəsənət portfoliosunu yaratması planlaşdıranlar üçün;
– Fransa kəndində yaşama və təhsil təcrübəsini əldə etmək istəyənlər üçün.