Yaradıcılıq ixtisasları
Bir çox insan özünü yaradıcı şəxsiyyət hesab edir, və bu onların maraqlarında və ya hobbilərində əks olunur. Bu halda heç nə insana öz hobbisini təkcə öyrənmə fənninə deyil, həm də peşəyə çevirməyə mane olmur. Ən istedadlı yaradıcı insanlar bu gün beynəlxalq səviyyədə karyeralarını inkişaf etdirmək və yüksək qonorarlar almaq şansına malikdir!
Yaradıcı insan bu dünyada necə özünü tapmalı, ixtisasa yiyələnməli və xaricdə müvəffəqiyyət qazanmalıdır? Yaradıcı insanlar üçün xaricdə hansı təhsil imkanları var?
“Kreativ incəsənət və dizayn” anlayışı genişdir, özünüzü ifadə etməyə imkan verən bir çox məşğələ və peşələri birləşdirir.
İncəsənət və dizaynın öyrənilməsi qeyri-standart düşünən və ofisdə adi işlə məşğul olmaq istəməyənlər üçündür. Bu sahədəki proqramlar öz yerini tapmaq və təbiətən malik olduqları istedadları və qabiliyyətləri inkişaf etdirmək istəyən tələbələrə kömək edir.
Xarici ali təhsil müəssisələrinin incəsənət və dizayn fakültələrində təhsil aldıqdan sonra aşağıdakı populyar peşələrdən birinə sahib olmaq olar:
• Dizayner
• Rəssam və illüstrator
• Fotoqraf
• Kompüter oyunlarının və proqramlarının dizayneri
• Qrafik dizayner
• İnteryerin dizayneri
• Sərgi kuratoru və muzey işçisi
• İncəsənət tarixçisi
• Modelyer
• Veb-dizayner
• Jurnalist və fotojurnalist
• Pedaqoq
• Rejissor
• Aktyor
• Musiqiçi
• Rəqqas
• Aksessuar və ayaqqabı dizayneri
• Animator
Bu ixtisaslardan birini almaq məzuna ən müxtəlif sahələrdə işləmək imkanı verir. Bundan başqa, peşəkar fəaliyyətlə həm fərdi, həm də kollektivdə məşğul olmaq olar.
Əgər Siz xarici ali məktəbə dizayn, memarlıq və ya başqa art-ixtisaslarla bağlı fakültəyə qəbul olmağa hazırlaşırsınızsa, portfolionuzu tərtib etməlisiniz. Məhz o qəbul komissiyasına nəyə qadir olduğunuzu göstərir. Uğurlu portfolio tərtib etmənin düsturu mövcuddurmu? Müəyyən şablon, əlbəttə ki, xeyr. Lakin üzərində düşünməli olduğunuz bir neçə şey var.
Hər şey Sizin nəyi öyrənmək niyyətində olduğunuzdan asılıdır. Animasiya ilə məşğul olmaq arzusundasınız – 30 saniyəlik film hazırlayın. İncəsənət fakültələrinə qəbul olunmağa hazırlaşırsınız – karandaşla, boya ilə rəsm çəkin, heykəllər yaradın. İllüstrasiyanı seçmisiniz – sketçlərlə albomlar hazırlayın.
Sizin portfolionuz məşğul olacağınız istiqamətə həsr edilməli, və Sizin bütün bacarıqlarınızı göstərməlidir.
Portfolionu tərtib edərkən fantaziyanızı mütləq göstərin. Orijinal, dinamik albom daha yaxşı yadda qalır. Unutmayın ki, portfolio – Sizin əksiniz, Sizin portretinizdir.
Portfolionun tərtib edilməsinə olan tələbləri diqqətlə oxuyun. Adətən qəbul komissiyaları portfolioya olan tələbləri ayrıca sənəddə təqdim edir.
Tövsiyə: