Təbiət elmləri
Elm həmişə cəmiyyətin inkişafında əsas rolu oynayıb. O, əsas elmi prinsipləri formalaşdırır, texnologiyaların inkişafına kömək edir. Bütövlükdə elm tətbiqi elmə və nəzəri elmə bölünür.
Əgər Sizi dünyanın quruluşu maraqlandırırsa, Siz onun öyrənilməsinə kömək etmək və ya elmi nəzəriyyəyə meydan oxumaq istəyirsinizsə, onda Sizə uyğun – yalnız elmi istiqamətdir.
Əgər Siz elmi prinsiplərin gündəlik həyata necə təsir göstərdiyini tədqiq etməklə daha çox maraqlanırsınızsa, onda tətbiqi elm istiqaməti Sizə daha uyğundur. Təhsil dövründə Siz təkcə elmi nəzəriyyəni öyrənməyəcəksiniz, həmçinin onun texniki işlənmələrə və bütövlükdə mədəniyyətə necə təsir göstərdiyini biləcəksiniz.
Hər halda, ümumi elmi proqramlar böyük iş qabiliyyəti tələb edir. Bundan başqa, Sizin fənn ilə son dərəcə maraqlanmağınız vacibdir. Çalışqanlıq və güclü motivasiya müvəffəqiyyət qazanmağa kömək edəcək. Əlbəttə ki, Siz Kimya, Fizika, Biologiya və Riyaziyyatdan olan biliklərinizdən əmin olmalısınız. Bu sahədə təhsil bu elmlərin birləşməsini özündə cəmləyir.
Tətbiqi və ya nəzəri elm bölməsini bitirənlər üçün böyük sayda iş yeri var. Çoxları diplomdan sonrakı təhsil səviyyəsində təhsilini davam etdirir, bu da ixtisaslaşmaları seçmək və daha ç ox iş tapmaq imkanları verir.
Məzunlar həmçinin texniki və biotibbi sənaye sahələrində iş tapır və ya innovasiya məhsullarının və texnologiyalarının inkişafı və öyrənilməsi ilə məşğul olan laboratoriyada işə düzəlirlər.
Əgər Sizi ətraf mühit problemləri maraqlandırırsa, ölkə daxilində və ya beynəlxalq səviyyədə ətraf mühitin qorunub saxlanılması layihələri üzərində işləyə bilərsiniz.
Nüfuzlu ali məktəbdə nəzəri və tətbiqi elm bölmələri ciddi hazırlıq səviyyəsi, həmçinin riyaziyyat və elm üzrə attestatda yüksək bal tələb edirlər. Yeni biliklər daha əvvəl əldə edilmiş bazaya əsaslanacaq. Bakalavriat proqramını staj və ya təcrübə keçməklə genişləndirmək olar.
Təhsilin nəticələri şəxsi layihələr vasitəsi ilə, həmçinin tədris təcrübəsinin nəticələrinə əsasən qiymətləndirilir. Universitetlərin əksəriyyəti elmi sahələrdə əlaqələrə malikdir və təcrübəni tapmağa kömək edir.
Əmək bazarının ekspertləri Təbii elmlər sahəsində gələcəyin hansı peşələrini proqnozlaşdırır?
* Biotexnologiyalar – perspektivli sahədir, bu sahənin mütəxəssisləri texnoloji, tibbi, ekoloji xarakterli müxtəlif məsələlərinin həlli üçün canlı orqanizmlərdən istifadə edilməsinin öyrənilməsi ilə məşğul olurlar;
* Yeni materiallar və nanotexnologiyalar – sənaye, kosmik proqramlar və sadəcə məişət üçün yeni materialların yaradılması üzrə mütəxəssislərin hazırlanmasıdır;
* Urbanist-ekoloq – şəhər məkanı layihələndirilərkən həyat təminatının (energetika, tikinti) yeni, bioekoloji sistemlərinin layihəçisi
Biz tövsiyə edirik: