Qonaqpərvərlik
Son turistik səfərinizi xatırlayın. Turizm firmasının məsləhətçisi və aviakassirdən tutmuş mehmanxana və məzuniyyətdə nahar etdiyiniz restoran işçilərinə qədər bir çox insanlar və mütəxəssislər onu mümkün qədər xoş və rahat etməyə çalışırdılar. İştirak etdiyiniz ən parlaq tədbiri xatırlayın. Burada da tədbirin təşkili üzrə mütəxəssislər hadisənin parlaq və yaddaqalan olması üçün hər şey etdilər.
Turizmin və qonaqpərvərliyin peşəkar sahəsi müasir dünyada maraqlı və tələb edilən bir çox ixtisası özünə daxil edir.
Turizm biznesi dünya xidmətlər bazarının 30% -ni təşkil edir. Turizm sahəsində mütəxəssislər tələb olunandır. Bu hər şeydən əvvəl insanlarda səyahət etmək imkanlarının genişlənməsi ilə bağlıdır. Mütəxəssislərin qiymətləndirməsinə görə, hər 16-cı iş yeri qonaqpərvərlik və turizm sahəsi tərəfindən təklif edilir.
Tələbələrin çoxu daha çox səyahət etmək və dünyanı görmək turizmi və mehmanxana işini xaricdə öyrənməyə qərar verir. Bu sənayedə iş çox vaxt xarici səfərlər və təcrübə keçmə nəzərdə tutur və üstəlik bunun müqabilində Sizə ödəniş edilir!
Əgər siz özündə təşkilatçı istedadını hiss edir və ətrafdakı insanların həyatını daha rahat və gözəl etməyə hazırsınızsa, onda turizm sferası – sizin üçündür. Əgər Siz çevik, ünsiyyətcil və stressə davamlısınızsa, onda heç fikirləşməyin – Siz düzgün yoldasınız.
İxtisaslaşmadan asılı olaraq turizm və istirahət sahəsi üzrə təhsil almış tələbə aşağıdakı peşələrdən birinə sahib ola bilər:
• Otel və ya mehmanxana inzibatçısı
• Restoran inzibatçısı
• Turizm meneceri
• Turizm sahəsində reklam üzrə mütəxəssis
• İstirahət və əyləncə mərkəzlərində işçi
• Aşbaz
• Ofisiant
• Bort bələdçisi
• İnsanlarla iş üzrə menecer
• İdman və ekstremal idman sahəsində mütəxəssis
• İvent-menecer
• Lüks-turizm, Lüks sinif hotel və restoranı idarəetmə
Otel, turizm və ya restoran biznesində karyera sizə insanlarla ünsiyyət saxlamaq və öz yaradıcılıq potensialınızı fəal göstərmək imkanı verəcək. Turizm və istirahətin öyrənilməsi üçün elə təhsil müəssisəsi seçin ki, öz-özlüyündə məşhur turizm şəhərində və ya ölkəsində yerləşsin və tərəfdaş restoranlar, mehmanxana və turizm firmalarında təcrübə keçmək imkanını nəzərdə tutsun. Bundan başqa, yadda saxlamaq lazımdır ki, qonaqpərvərlik sahəsində idarəçilik və qeyri-idarəçilik tədris proqramları olur.
Əgər Sizi sahəni idarəetmə maraqlandırırsa, onda mehmanxana, restoran və ya turizm biznesində idarəetmə və inzibatçılıq üzrə ixtisaslaşan universitetlər seçmək lazımdır. Əgər Sizin yaradıcı təbiətiniz varsa, və Sizin üçün qidanın hazırlanmasının istehsal prosesi, gələcək mehmanxana və ya restoranın interyerinin dizayn seçmələri ilə məşğul olmaq vacibdirsə, onda Siz bu profil üzrə ixtisaslaşmış məktəbləri seçməlisiniz.
Təhsil müəssisələrinin coğrafiyası üzrə də həmçinin geniş seçiminiz olacaq – İsveçrə, Böyük Britaniya, Avstraliya, ABŞ, Sinqapur, Fransa, Almaniya, Yeni Zelandiya.
Tövsiyə edirik: