Neft və qaz
Neftin qiymətlərinin artım tendensiyası sayəsində getdikcə daha çox insan neft sahəsinə diqqətini yönəldir və neftçi karyerası barədə fikirləşir.
Əgər siz həmçinin neftçi karyerası haqqında fikirləşirsinizsə, birinci addımınız – neft sahəsinin işçilərinin məşğul olduğu müxtəlif növ fəaliyyətləri anlamaqdır. Sonra siz onların arasında məhz sizə münasib olanın olub-olmadığını müəyyən edə biləcəksiniz.
Neft sahəsinin çoxsaylı müxtəlif istiqaməti arasında ən maraqlılarından biri – alim-geoloqun işini qeyd etməyə dəyər. Geologiya sahəsində peşəkarlar fizika, kimya, biologiya fənləri üzrə dərin biliklərə malik olmalı, yeraltı dərinliklərdən qazılan dağlıq nümunələrini (kern) təhlil edə bilməlidir. Bu fəaliyyətin ayrı-ayrı istiqamətləri seysmik fəallığı və neft çıxarmanın tektonik hərəkətlərə təsirini proqnozlaşdırmaq bacarığını tələb edir. Əgər sizin müvafiq sahələrdə dərin akademik bilikləriniz varsa, və mürəkkəb məsələlərin həlli sizi cəlb edirsə, onda peşəkar geoloqun işi sizə uyğun gələcək.
Nəhayət, ən tipik və geniş yayılmış karyera – mühəndis-neftçidir. Mühəndislər neftçıxarma müəssisəsinin demək olar hər şöbəsində işləyirlər. Onların əsas vəzifəsi neft yataqlarının işlənməsinin idarə olunması, neft çıxartma həcminin artımına və ya saxlanılmasına yönəldilmiş müxtəlif tədbirlərin planlaşdırılması və dizaynıdır. Neft və neft məhsullarının hasilatı, nəqli, hazırlanması və emalının təmin edilməsi üçün lazım olan qurğuların tikintisi və müasir avadanlığın tətbiqinin layihələndirilməsi. Əgər sizi neft sahəsinin düz ürəyində karyera cəlb edirsə, onda mühəndis-neftçi karyerası – sizin seçiminizdir.
Qərb şirkətlərində mühəndis-neftçilərin fəaliyyətini Petroleum engineering və Reservoir engineering olaraq bölgüsü qəbul edilmişdir. Azərbaycan və MDB şirkətlərində “geoloqlar” (təxminən Reservoir engineers müvafiqdir) və “texnoloqlar” (təxminən Petroleum engineers müvafiqdir) bölgüsü vardır. Geoloqlara bu və ya digər şəkildə neftverən qatlarla məşğul olan hər kəsi aid edirlər. Texnoloqlara – texnoloji proseslərlə və avadanlıqla, o cümlədən quyudaxili avadanlıqla məşğul olanları aid edirlər.
Neft şirkətlərində iqtisadi istiqamət də mütləq olur, hansı ki, ayrıca olaraq maliyyə və investisiya istiqamətini ayırmaq olar. Əlbəttə ki, mühasibat uçotu da var. Ümumiyyətlə, neft sahəsində karyera imkanları və fəaliyyət istiqamətləri çoxdur.
Neft-qaz sahəsində həm xaricdə, həm də Rusiyada ali təhsil almaq olar.
Lakin bu sferada işləyən mütəxəssislərin özləri xaricdə təhsili məsləhət görür. Səbəb, resursları idarə etməyə və qənaətcil istehsala qabaqcıl yanaşmadır, bu da peşəkar səviyyədə xarici universitetlərdə tədris olunur. Xaricdə təhsilin xeyrinə daha bir “çəkili” arqument –bütün universitetlərin sahənin aparıcı dünya şirkətləri ilə sıx əməkdaşlığıdır.
Rusiyanın təxminən 20 universiteti bu sahənin mütəxəssislərini hazırlayır.
Qərbdə bu sferada mütəxəssis hazırlayan ən məşhur universitetlər ABŞ, Şotlandiya, Avstraliyada yerləşir.
Bütün xarici universitetlər öz şəxsi unikal ixtisaslaşma sahəsinə malikdir, buna görə bu və ya digər universitetin hansı üstünlüklərə malik olduğunu diqqətlə öyrənmək və məhz sizin konkret vəziyyətiniz üçün uyğun olanı seçmək lazımdır.
Biz tövsiyə edirik: