Mühəndislik ixtisasları

Mühəndislik ixtisasları

Mühəndis kimdir?
Mühəndis bütün zamanlarda – problemlərin həlliçisidir. Bütün mühəndislərə baxsaq: elektrik, mexanik, atom mühəndislərinin hamısı problemlər həll edən insanlardır. Onlar bunu müxtəlif üsullarla, müxtəlif alətlərdən istifadə edərək edir, və onların bu və ya digər fənn üzrə səriştəsi fərqli ola bilər. Lakin bütün mühəndislərin ortaq bağı, peşələrinin ürəyi –problemlərin həllidir.
Bundan əlavə, bu peşə tədqiqatlar və sınaqlar üçün yeni üfüqlər açır və yerinə yetirilmiş işdən məmnunluq hissi verir, axı bizi əhatə edən hər şey, avtomobillərdən tutmuş hospitalların tibbi təchizatına qədər, – elə həmin mühəndislərin işidir.
Əgər Sizin texniki düşüncə tərziniz varsa, əgər Siz çevik və həyatınız boyunca fasiləsiz təhsilə hazırsınızsa, onda Siz Mühəndis peşəsinin seçiminə doğru düzgün yoldasınız.
Bugünkü mühəndis daha geniş bazaya, böyük həcmdə biliklərə malik hərtərəfli inkişaf etmiş bir mütəxəssis olmalıdır. Hazırda mühəndislik məsələlərinin əksəriyyəti çoxölçülüdür, və onların həlli birdən çox fəndə biliklər tələb edir. Bundan başqa, 3-4 ildən sonra gələcəyin mühəndisi, ola bilsin ki, bu gün hətta mövcud olmayan bir başqa işi yerinə yetirəcək. Buna görə o, irəliləmək üçün kifayət qədər çevik olmalıdır.
Karyera perspektivləri
Bu gün hər bir istehsalatda və demək olar ki, hər bir şirkətdə mühəndis, yəni işlənmə, layihələndirmə və başqa peşəkar məsələlər sahəsində mühəndis-texniki fəaliyyətlə məşğul olan insan var. Hansımız dünyanın istənilən ölkəsində həmişə iş tapa biləcək tələb olunan mütəxəssis olmağı istəmir?
Mühəndislər həmçinin yaxşı gəlirə ümid edə bilər. Bundan başqa, bu ixtisas həm kollektivdə, həm də özün üçün (yaxşı reputasiya qazandıqdan sonra), eləcə də müxtəlif layihələrin icrası üzrə məsafədən iş imkanları təqdim edir.
Tələb olunan mühəndislik peşəsinin bir neçəsini təqdim edirik:
• Mühəndis-inşaatçı
• Mühəndis-mexanik
• Metallurq
• Texnoloq
• Mühəndis-elektrik
• Telekommunikasiyalar üzrə mütəxəssis
• Elektrotexnik
• Mühəndis-ekoloq
• Cihazqayırma üzrə mütəxəssis

Ənənəvi olaraq, Bakalavriat səviyyəsində mühəndisliyin öyrənilməsi faktiki məsələlərin həlli üçün biliklərin tətbiqinə yönəlmiş nəzəri və praktik məşğələlərdən ibarət olur. Daha sonra magistratura səviyyəsində tələbələr daha dar ixtisaslaşma əldə edir. Həmçinin unutmaq lazım deyil ki, tədris prosesinin mühüm hissəsi işədüzəlmə üçün lazım olan işçi təcrübəsini keçməkdir.
Xaricdə Bakalavriat səviyyəsində mühəndisliyin öyrənilməsi adətən 3-4 il, magistraturada – 1-2 il davam edir.
İxtisaslaşma
Əgər siz xaricdə mühəndislik işini öyrənmək istəyirsinizsə, qarşınızda müvafiq proqramları olan təhsil müəssisələrinin geniş seçimi açılacaq. Bu da təəccüblü deyil, çünki mühəndislik bir çox sahəni birləşdirir, mühəndis ixtisasının özünə isə bütün dünyada olduqca böyük tələbat var.
Xarici ölkədə ali təhsil müəssisəsini seçərkən təhsil almaq istədiyiniz Mühəndislik ixtisaslaşması əhəmiyyətli rol oynayır. Bu gün ən çox tələb olunan və məşhur ixtisaslaşmalar aşağıdakılardır:
• Aerokosmik cihazqayırma
• Biotibbi cihazqayırma
• Kimyəvi texnologiyalar və materialşünaslıq
• Sənaye və mülki tikinti
• Elektrotexnika
• Elektronika
• Ekoloji mühəndislik
• Gəmiqayırma
• Metallurgiya
• Neft və qaz yataqlarının işlənməsi
• Maşınqayırma

 

Tösiyə edirik: