Moda və Dizayn
Siz qeyri-standart düşünürsünüz və ofisdə adi işlə məşğul olmaq istəmirsiniz? Geyim dizayneri olmaq və dünya dəb həftələrində iştirak etmək arzusundasınızmı?
Vogue, Harper’s Bazaar və ya Architectural Digest-da məqalələr yazmaq arzusundasınızmı?
Təmtəraqlı yaxtalar, avtomobillər, ticarət mərkəzləri və sərgi məkanları üçün dizayn yaratmaq arzusundasınızmı?
“Kreativ incəsənət və dizayn” anlayışı genişdir, özünüzü və öz vizyonunuzu ifadə etməyə imkan verən bir çox məşğələ və peşələri birləşdirir.
Bu sahədəki proqramlar öz yerini tapmaq və təbiətən qoyulmuş istedadları və qabiliyyətləri inkişaf etdirmək istəyən tələbələrə kömək edir.
Moda və Dizaynı niyə xaricdə öyrənmək daha yaxşıdır?
* Çünki xarici təhsil müəssisələri sənaye liderləri ilə çoxillik əlaqələrə malikdir. Xarici yaradıcılıq institutları dəb, dizayn və incəsənət sahəsində aparıcı şirkətlər: fashion-evlər, kommunikasiya agentlikləri, avtomobil markaları, teatrlar, sərgi layihələri, media-holdinqlər ilə əməkdaşlıq edir. Təşkilatların nümayəndələri birgə layihələr, təcrübələr və işədüzəltmə üçün tələbə seçmək üçün kampuslara şəxsən baş çəkir;
* Xaricdə bu ixtisaslar üzrə təhsil alaraq, Siz sənayenin episentrində olacaqsınız;
* Yaradıcılıq təhsil müəssisələri sənayenin inkişaf templərindən və işəgötürənlərin ehtiyaclarından irəli çıxaraq sənayenin xəbərlərini izləyir və tədris planını və proqramları daim yeniləyirlər;
* Maarifləndirici proqramlar təcrübəyə hədəflənib: tələbələr yalnız mühazirələrə qulaq asmır və incəsənət tarixini öyrənmir, onlar həm də emalatxanalarda, yaradıcılıq laboratoriyalarında və media-studiyalarda işləyir, sərgiləri və feyşn-şouları, tematik ekskursiyaları ziyarət edirlər.
Bu ixtisaslardan birinə yiyələnmək məzuna ən müxtəlif sahələrdə işləmək imkanı verir. Bundan başqa, peşəkar fəaliyyətlə həm fərdi, həm də kollektivdə məşğul olmaq olar.
Siz aşağıdakı əsas istiqamətlər üzrə təhsili ala biləcəksiniz:
• Geyim dizaynı
• Dəb kolleksiyasının yaradılması
• Aksessuarların dizaynı
• İnteryerlərin dizaynı
• Sənaye dizaynı
• Kuratorluq və art-tənqid
• İncəsənətdə idarəetmə
• Dəb kolleksiyalarının satın alınması
• Dəb sənayesində qanunvericilik
• Dəb tendensiyaların proqnozlaşdırılması
• Dəb sahəsində biznes və brend-menecment
Biz tövsiyə edirik: