Memarlıq
Memarlıq insanların həyatı üçün mühitin yaradılmasından başqa bir şey deyil. Özünüzə sual verin, bu sizin xoşunuza gəlirmi? Memar öz ideyalarına maddi təcəssüm verə bilər, hansı ki, insanların həyatını ən yaxşı tərəfə dəyişdirməyə, onu daha rahat və daha təhlükəsiz etməyə qadirdir. Əgər bu ixtisas sizə uyğundursa, onda sizin öz gücünüzdən zərrə qədər şübhəniz və ya inamsızlığınız olmamalıdır, əks halda bunu öyrənməyiniz mənasızdır. Əgər səbir və yaxşı mütəxəssis olmaq arzunuz varsa, hər şey asan və maraqlı olacaq. Yalnız təhsil ölkəsini seçmək qaldı.
Memarlıq sahəsində ali təhsili bir çox xarici universitetlər təklif edir. Şübhəsiz, memarlığı onun başlanğıcını götürdüyü yerdən öyrənmək daha yaxşıdır.
Dünyaya memarlığın şah əsərlərini hədiyyə etmiş ölkələrdə memarlıq haqqında daha çox şey öyrənmək olar. Bəzi tələbələr təhsil ölkəsini memarlıq üslubu və onun mənbələrinə dair şəxsi istəklərindən irəli çıxaraq seçirlər.
Xarici universitetlərin memarlıq üzrə bir çox proqramları mədəni və tarixi kontekstə böyük diqqət ayırır. Tarix və nəzəriyyə üzrə mühazirələr 3D dizayn və incəsənətlə eyni zamanda oxunur.
Universitetlərin əksəriyyətində tələbələr əsas akademik tədris kursunu bitirməli, sonra iki illik iş təcrübəsi əldə etməli və yalnız bundan sonra buraxılış imtahanlarına buraxılmalıdır. Həmçinin akkreditasiya keçərək lisenziya almaq lazımdır.
Məsələn, Böyük Britaniyada, təhsilin ilk üç ilini bitirdikdən sonra tələbələr Britaniya Memarlarının Kral İnstitutunun (RIBA) üzvü olur, və ancaq bundan sonra təhsilin ikinci mərhələsinə qəbul olunurlar, bu mərhələdən sonra onlar memarlıq üzrə bakalavr və ya magistr diplomunu ala bilərlər.
Memarlıq ixtisası üzrə qəbul tələbləri müxtəlif təhsil müəssisələrində fərqlənir.
Memarlıq üzrə ən nüfuzlu universitetlərə daxil olmaq üçün həmin ölkədə məktəbi bitirmək arzuolunandır. Bir sıra Böyük Britaniya, ABŞ, Kanada məktəbləri öz şagirdlərinə memarlıq üzrə klublar təklif edir. Orta məktəbin son 2 ili ərzində şagirdlər yaradıcılıq işlərinin portfoliosunu toplayırlar.
Azərbaycan məktəbini bitirdikdən sonra Memarlıq üzrə Foundation proqramı vasitəsilə Böyük Britaniyanın bəzi universitetlərinə qəbul olmaq olar.
Lakin bu ixtisasa qəbul olmaq üçün yalnız bir xüsusi tələb var – namizədin yaradıcılıq işlərinin dəqiq tərtib edilmiş portfoliosu. Adətən universitetlər portfolioya öz tələblərini ətraflı qeyd edir. Bu tələblər müxtəlif universitetlərdə fərqlidir.
Buna görə bu ixtisasın seçilməsinə hazırlıq məktəbi bitirməyə bir neçə il qalmış başlanılır.
Biz tövsiyə edirik: