Maliyyə
Siz korporativ dünyada karyera haqqında düşünürsünüz? Sizi pul vasitələri ilə bağlı hər şey doğrudanmı maraqlandırır? Siz rəqəm kombinasiyalarından yorulmursunuz? Əgər bütün bunlar Sizə uyğun gəlirsə, onda, ola bilsin ki, Siz universitetdə maliyyənin öyrənilməsinin doğru yolundasınız.
Maliyyəni öyrənərək Sizin riyazi qabiliyyətiniz, həmçinin maliyyə sektorunda proseslərin nizama salınması ilə məşğul olan hüquqi sahəyə marağınız olmalıdır.
Proqram çərçivəsində tələbələr vergi qoyma, pul və maliyyə prinsipləri, iqtisadi siyasət haqqında biliklər əldə edir – bütün bunlar maliyyə sənayesini təşkil edir. Maliyyə proqramı çox məzmunludur, buna görə tələbələrin çalışqan və ən yüksək bal almaq üçün sərbəst iş aparmağa hazır olmaları əhəmiyyətlidir.
Əksər hallarda maliyyəni maliyyə sektorunda investor, maliyyə risklərinin analitikləri və ya bankir karyerasını qurmaq niyyətində olanlar öyrənir.
Maliyyə bölmələrinin məzunları öz təhsilini davam da edə bilərlər. Bəziləri, məsələn, ixtisaslaşmasını mühasibatda seçir və ya karyerasını maliyyə və ya kommersiya hüququ sektorunda davam etmək məqsədi ilə GDL (Graduate Diploma in Law) alır.
Bundan əlavə, orta məktəbdə dərs demək və ya maliyyə jurnalistikası sahəsində işə düzəlmək üçün PGCE (Postgraduate Certificate in Education) almaq imkanı var. Əldə edilmiş bilikləri həmçinin şəxsi biznesə başlamaq üçün və ya marketinq bölmələrinə və HR-da işə düzəlmək üçün istifadə etmək olar.
Yazı qabiliyyətinə malik olanlar şirkətin təkliflərini tərtib edərək və xeyriyyə tədbirlərinin maliyyələşdirilməsinin axtarışı ilə məşğul olaraq qeyri-kommersiya təşkilatlarında işləyə bilərlər.
Xaricdə maliyyə sahəsində təhsil Sizə ən böyük maliyyə şirkətlərində və banklarda təcrübə keçmənin unikal imkanını verəcək. Məhz staj dövründə Siz faydalı əlaqələr qura, potensial işəgötürən tapa biləcəksiniz.
Mütəxəssislərin fikrincə, maliyyə sahəsində hansı peşələr tələb olunacaq?
* Maliyyə inkişafı üzrə şəxsi menecer;
* Maliyyə mühəndisi (yeni texnologiyalar və sistemlərin köməyi ilə maliyyə proqramlarının işlənib hazırlaması);
* İnvestisiya bankiri (şirkətləri pul ilə, investorları isə – gəlir ilə təchiz edən mütəxəssis)
* Kraudfandinq üzrə mütəxəssis (kraudfandinq platformaları üçün maliyyələşdirmənin axtarışı);
* Trend votçer (iqtisadiyyatda və ya siyasətdə riskləri hesablamağa imkan verən tendensiyaların analizi);
* Fərdi pensiya planları üzrə mütəxəssis və s.
Tövsiyə: