Logistika
Əgər Siz ünsiyyətcilsinizsə, analitik düşünə bilirsinizsə, Siz – yaxşı təşkilatçısınız və xarici dilləri öyrənməyi sevirsinizsə, “Logistika” ixtisası barədə fikirləşin.
Hansı bacarıqlar lazım olacaq? Riyaziyyatdan qaneedici biliklər, ezamiyyətlərə hazırlıq, dəqiqlik və öz vaxtını planlaşdırmaq bacarığı.
Logistika –geniş peşəkar istiqamətdir, hansı ki, bütün dünyada bir çox mütəxəssisi birləşdirir. Xüsusilə, logistika malların və xidmətlərin – xammal təchizatçılarından istehlakçılara qədər bütün çatdırılma və bölgü prosesinə cavabdehdir.
Logistika malların hərəkət infrastrukturu üçün lazım olan hər şeyin təminatı ilə məşğul olduğu üçün bu sahədə ixtisaslaşmış kadrlar hər yerdə və həmişə lazımdır. Bundan başqa, ali təhsilli işçilər müvafiq əmək haqqına ümid edə bilərlər. Xarici ali məktəblərin tələbələri arasında istiqamət kimi logistikanın məşhurluğu da məhz bununla izah olunur.
“Logistika” ixtisası məhsulun istehsalı və reallaşdırması ilə bağlı hər şey – mal, pul və informasiya axınlarının artmış miqdarına cavab olaraq yaranmışdır. Son illərdə logistik axınların həcmləri sürətlə artıb.
İxtisaslaşmalar
Xaricdə logistika sahəsində hansı istiqamətləri öyrənmək olar? Bir neçə populyar akademik ixtisaslaşma aşağıda verilib:
• Ümumi logistika
• Malların təslimi və çatdırılması
• İnventarlaşdırma və ehtiyatları idarə etmə
• Anbar uçotu və ehtiyatlara nəzarət
• Logistik zənciri idarəetmə
• Nəqliyyatda idarəetmə
• İstehsalı idarəetmə
• Avtonəqliyyat
• Dəmiryolu daşımaları
• Beynəlxalq daşımalar
• Beynəlxalq gəmiçilik
• Dəniz nəqliyyatı
• Naviqasiya işi
• Yüklərin göndərilməsi
Xarici universitetlərdə logistikanın öyrənilməsi Bakalavriat səviyyəsində 3-4 il və magistratura səviyyəsində 1-2 il davam edir. Logistika sahəsində ixtisaslaşmış, xüsusilə – idarə və menecer fəaliyyətləri üçün həm ümumi biliklər, həm də dar ixtisaslaşma tələb olunur, Bakalavriatı bitirdikdən sonra mütəxəssislərin əksəriyyəti magistratura səviyyəsində təhsillərini davam etdirirlər.
Logistikanı daha yaxşı harada öyrənmək olar?
“Alman yolu” – Dövriyyənin həcminə görə Almaniyada Logistika 200 milyard avrodan çox dövriyyəsi olan alman iqtisadiyyatının üçüncü əsas sahəsidir. Bu səbəbdən Logistika ölkədə tələb olunan ixtisaslardan biridir. Dünyada Logistikanı müstəqil fənn kimi nadir hallarda öyrənirlər. Lakin Almaniyada ixtisaslaşdırılmış özəl universitet – Kyune Logistika Universiteti fəaliyyət göstərir. Orada hələ ki Magistratura proqramı təklif olunur. Lakin bir sıra Almaniya universitetləri alman dilində Logistikanı tədris edir.
“Kanada yolu” – Son illər Kanada, ABŞ və Meksikanın logistik inteqrasiyası haqqında danışmaq olar. Bu, ölkə ixracının 70%-nin ABŞ-a düşməsi faktından irəli gəlir. Böyük dəmir yolu şirkətlərinin, avtomobil şirkətlərinin birləşməsi baş verib. Ölkələr bir-birindən ən yaxşı logistik təcrübələri mənimsəyir. Kanadada “Logistika” ixtisası tələb olunan ixtisasların Top-10-una daxil olur. Logistika üzrə təklif edilən tədris proqramlarının sıçrayışı məhz bununla bağlıdır. Ölkəyə mütəxəssislər lazımdır.
Logistikanın adətən diplomdan sonra müddəti 1 ildən başlayan proqramlarla öyrənilməsi təklif edilir.
Əgər Siz məktəbi bitirdikdən sonra logistikanı öyrənmək istəyirsinizsə, onda Sizə Supply Chain Management, Purchasing, Business Operations kimi ixtisasları nəzərdən keçirmək lazımdır.
Biz tövsiyə edirik: