Kənd təsərrüfatı
Müasir dünyada kənd təsərrüfatının rolu qiymətsizdir.
Qlobal olaraq, bu, həyatın saxlanılmasının ən aşkar yolu, planetin sürətlə genişlənən əhalisi arasında ərzağın istehsalı və yenidən paylaşdırılması yollarının axtarışıdır. Bu, yeni torpaqların mənimsənilməsi və becərilməsi, yeni davamlı çeşidlərin və növlərin çıxarılmasıdır.
Kənd təsərrüfatı proqramını seçməzdən əvvəl, bu ixtisasın məhz Sizə nə dərəcə uyğun olub-olmamağına qərar verməlisiniz.
Namizəd hansı bacarıqlara malik olmalıdır? Siz tədqiqatlarla məşğul olarkən açıq havada çox vaxt keçirməli olacaqsınız. Sizin tədqiqat bacarıqlarınız olmalıdır, çünki proqramın bir hissəsi nəzəriyyəyə həsr olunacaq. Siz təkcə təbiəti sevməli deyil, eyni zamanda çoxlu səy və inadla işləməlisiniz. Əgər bu Sizə uyğundursa, kənd təsərrüfatı sahəsində elmi dərəcə Sizə karyera inkişafı üçün geniş imkanlar diapazonu açacaq.
Dünyanın təhsil müəssisələri kənd təsərrüfatı sahəsində geniş ixtisaslar spektrini – aqronomiyadan meşə təsərrüfatına qədər, çiçəkçilikdən torpaqşünaslığa qədər və s. təklif edir
Bu sahədə də həmçinin istiqamətlərin “kəsişməsində” yeni ixtisaslar yaranır.
Klassik peşələrlə bərabər artıq indi kənd təsərrüfatı sahəsində tələb olunan ixtisaslardan aşağıdakıların adını çəkmək olar:
* Aqroekoloq;
* GMO Aqronom;
* Aqroinformatik;
*Avtomatlaşdırılmış kənd təsərrüfatı texnikasının operatoru.
Biz tövsiyə edirik: