IT

IT

Bu gün xaricdə “İnformasiya texnologiyaları”, “Multimedia”, “Kompüter elmi”, “Proqram təminatı” və “Proqramlaşdırma” kimi ixtisaslaşmalar məşhurdur.
Xarici məktəblərin buraxılış siniflərinin tədris kurslarının və universitetlərin birinci kurslarının məzmunu nəzəri xarakter daşıyır. Bundan sonra tələbə artıq daha dar istiqamətlənmiş ixtisaslaşma alır. Bu kompüter modelləşdirməsi, proqramlaşdırma dilləri, multimedia, kompüter oyunlarının yaradılması və inkişaf etdirilməsi, kompüter mühəndisliyi, dizayn və qrafika, süni intellektin işlənib hazırlanması və başqa sahələr ola bilər.
İxtisas nümunələri: proqramçı, sistem administratoru, mobil işlətməcisi, web-dizayner, SEO-mütəxəssisi, qeym-dizayner, informasiya təhlükəsizliyi üzrə mütəxəssis, telekommunikasiyalar və rabitə üzrə mühəndis.
Azərbaycan məktəblərinin dünənki məzunları IT-fənlərinin öyrənilməsi təcrübəsinə malik olmaya da bilər.
Lakin riyaziyyat və fizika üzrə yaxşı biliklər qəbul vaxtı açıq üstünlük olacaqdır. Təhsilini xaricdə davam etməyi arzu edən ali məktəb məzunları proqramlaşdırma prosesləri və dilləri (Python, C++, Haskell, Java, Pascal və b.) ilə tanış olmalıdır, psixologiya və sosiologiyaya dair biliklərin olması da faydalıdır. Magistraturaya, uyğun ixtisasda bakalavr dərəcəsi olanlar daxil ola bilər.
Xarici universitetlər yüksək texnologiyaların sürətlə dəyişən bazarının bütün tendensiyalarını nəzərə alaraq IT mütəxəssisləri üçün proqramlar təklif edir. Beləliklə, xarici ölkədə təhsil alaraq, tələbə inkişafın düz episentrində olur. Onların sahənin aparıcı şirkətlərində təcrübə əldə etmək, yeni həllərin hazırlanmasında iştirak etmək imkanı var. Bütün bunlar IT mütəxəssisini istənilən ölkənin əmək bazarında tələb olunan və yüksək maaşlı işçi edir.
Bu gün informasiya texnologiyaları bazarı iqtisadiyyatın və biznesin bütün sahələrinə təsir edərək daim inkişafdadır.
ABŞ və Kanadada IT Meneceri – ən yüksək maaşlı ixtisasların TOP-10-na daxildir. Ekspertlər IT- mütəxəssislərə olan marağın proqnozlaşdırılan artımını 2026-cı ilə 11,9 % olaraq qiymətləndirirlər.
Proqram təminatının işlənməsi və texnologiyaların tətbiqi üzrə lider ölkələrdə (ABŞ, Kanada, Almaniya, Niderland) IT mütəxəssislərinin payı əmək qabiliyyətli əhalinin 3,5% təşkil edir, Rusiyada isə 1%-dən yuxarıdır.
Sahənin əsas xüsusiyyəti – dinamiklikdir. Kompüter texnologiyaları sahəsində dəyişikliklər hər 6 aydan bir baş verir, informasiyanın ötürülməsinin yeni növləri icad olunur, yeni unikal sistemlər və xidmətlər tətbiq edilir. Gərəkli bacarıq – çeviklik, yenilikləri mənimsəməyə hazırlıqlı olma, sahənin nəbzini tez tutma və saxlama.

Biz tövsiyə edirik: