Hüquq

Hüquq

Siz doğrudanmı hüquq sistemi ilə maraqlanırsınız və təhsil almaqda qətiyyətlisiniz? Belədirsə, hüquqşünaslıq Sizin üçün çox gözəl variant ola bilər.
Lakin hüquqşünaslıq kifayət qədər sərt fəndir. Oxumaq və müvəffəqiyyət qazanmaq üçün tələbələr məntiqi düşüncəyə, güclü analitik bacarıqlara malik olmalıdır. Bütün bunlar hüquq nəzəriyyəsini izah edə və tətbiq edə bilmək üçün lazımdır.
Hüquqşünaslıq üzrə proqramların əksəriyyəti çoxlu sayda məşğələlər nəzərdə tutur. Bu təkcə rəsmi mühazirələrə deyil, həm də asudə vaxta aiddir. Tələbələr öz tədqiqatını keçirməlidir. Vaxtın idarəedilməsi kimi bacarığı olan zəhmətkeşlər müvəffəqiyyətli olacaqlar.
Hüquqşünaslıq – xarici təhsildə məşhur istiqamətdir. Böyük sayda gələcək hüquqşünas nüfuzlu xarici universitetlərə qəbul olmağa çalışır ki, hüquq sahəsində dərin biliklərə, həmçinin beynəlxalq nümunəli ali təhsil haqqında diploma sahib olsun.
Əgər siz hüquqşünaslığı xaricdə öyrənməyə qərar vermisinizsə, unutmaq lazım deyil ki, hər bir ölkədə hüququn tədrisinin öz xüsusiyyətləri var, hansılar ki, təhsil yerini seçərkən nəzərə almaq lazımdır. Biz yalnız Hüququn öyrənilməsinin bəzi yollarını nəzərdən keçirəcəyik.

“Avstraliya yolu”

Avstraliya ərazisində 32 universitet yerləşir. Burada hüquqşünaslığlı öyrənmək, bakalavr, magistr və ya hüquq doktoru dərəcəsini almaq olar. Avstraliyanın hüquq universitetlərinin məzunları bir neçə səbəbdən bütün dünyada yüksək qiymətləndirilir.
Birincisi, bu ölkədə hüquqşünaslığın dərin və fundamental biliklərini almaq olar. İkincisi, tədris prosesində xüsusi diqqət yalnız yerli hüquq normalarının mənimsənilməsinə deyil, həm də dünya hüququnun öyrənilməsinə yetirilir. Və, nəhayət, Avstraliya universitetləri beynəlxalq nümunəli diplomlar verir. Bütün bunlar Avstraliyanın hüquq universitetlərinin məzunlarına bütün dünyada müvəffəqiyyətlə işləməyə imkan verir.
Avstraliya universitetləri öz ənənələri, tarixi və tədris metodları ilə müxtəlifdir. Burada siz sabitləşmiş qaydaları olan ənənəvi ali məktəbə daxil ola, və ya tədris prosesinə müasir yanaşması ilə fərqlənən və yeni metodikalardan fəal istifadə edən nisbətən yeni hüquq universitetlərindən birini seçə bilərsiniz.
Hansı ali təhsil müəssisəsini seçməyinizdən asılı olmayaraq bakalavriatda hüququn öyrənilməsi 3 il çəkəcək. Bu dövr ərzində siz hüquq elminin fundamental prinsiplərini öyrənəcək, praktik peşəkar bacarıqlara sahib olacaq, nəzəri bilikləri və məhkəmə proseslərində iştirak təcrübəsini əldə edəcək, hüquq etikasını öyrənəcək və müasir cəmiyyətdə hüququn rolunu anlayacaqsınız.

“Yeni Zelandiya yolu”

Avstraliya kimi, Yeni Zelandiya da xarici tələbələri öz təhsil müəssisələrinə sevinclə qəbul edir, hüququ isə burada 9 böyük universitetdə öyrənmək olar. Onlardan bəzilərinin əsası hələ 19-cu əsrdə qoyulmuşdur, əfsanəvi tarixi və əsrlik ənənələri ilə fərqlənirlər. Bir çox ölkələrdən fərqli olaraq, Yeni Zelandiyanın ali təhsil müəssisələrində hüquqşünaslığın öyrənilməsi artıq birinci ildən başlanır, yəni siz ali təhsiliniz olmadan məktəbdən dərhal sonra universitetə daxil olub hüququ öyrənməyə başlaya bilərsiniz.
Yeni Zelandiyada hüquq elminin öyrənilməsi üzrə proqramların fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, burada siz fundamental hüququ öyrənməkdən əlavə, həm də İdman hüququ, Kütləvi media hüququ, Kompüter Hüququ və başqa sahələrdə ixtisaslaşa bilərsiniz.
Bundan əlavə, Yeni Zelandiyanın universitetlərində tələbələr hüquq elminin öyrənilməsini başqa fənlərin öyrənilməsi ilə birləşdirə və iki sahədə bakalavr dərəcəsi ala bilərlər, bu halda təhsil standart 4 ilin yerinə 5 il davam edəcək.

“Britaniya yolu”

Məlum olduğu kimi, ingilis təhsili bütün dünyada məşhurdur, yerli universitetlərin məzunları isə onlarla ölkədə nüfuzlu vəzifələrə qəbul edilirlər. Hüquqşünaslığın fundamental elmlərdən biri kimi öyrənilməsi İngiltərədə geniş inkişaf etmişdir, və bu gün burada hüququn öyrənilməsi üzrə 200-dən çox proqram təqdim edilmişdir. Belə proqramları həm ən köhnə ingilis ali məktəbləri, həm də gənc inkişafda olan universitetlər təklif edir.
Beləliklə, əgər siz İngiltərədə hüquq elmini öyrənməyə qərar vermisinizsə, sizin qarşınızda təhsil müəssisələrinin və təhsil proqramlarının geniş seçimi açılır.
Yeni Zelandiyada olduğu kimi, İngiltərədə də universitetə daxil olmaq və hüquqşünaslığı öyrənmək üçün hüquq təhsilinə ehtiyac yoxdur. Burada siz bakalavr, magistr və ya doktor dərəcəsini ala, həmçinin minimal müddəti 1 il təşkil edən xüsusi ixtisaslaşma və ixtisasartırma proqramlarını keçə bilərsiniz.
Bakalavriatda standart təhsil müddəti 4 il təşkil edir və biznes, iqtisadiyyat, siyasət, mühəndislik və ya xarici dillərin öyrənilməsi ilə birləşdirilə bilər. Bundan başqa, məzunlar üçün geniş təcrübələr spektri və hüquq elminin bu və ya digər sahəsində ixtisaslaşdırılmış kurslar mövcuddur, hansılar ki, ingilis ali məktəblərinin tələbələrinə öz biliklərini bərkitməyə və beynəlxalq hüquq sahəsində iş təcrübəsi qazanmağa kömək edir.
Böyük Britaniyada Hüquq fakültəsinə daxil olmaq üçün məktəb məzununa LNAT (Law National Aptitude Test) imtahanını vermək lazımdır. Bu imtahan hüquq və hüquqşünaslıq üzrə biliklərin yoxlanmasına yönəldilmişdir. İmtahan aşağıdakı təhsil müəssisələrinə daxil olarkən tələb olunur: Kings College London; Nottingham University; Oxford University; SOAS; University of Birmingham; University of Bristol; University College London; Durham University; Glasgow University. İmtahan iki hissədən ibarətdir: test üsulu ilə 42 sual və təklif edilmiş üç mövzudan birinə 600 sözdən ibarət inşa. İmtahan vaxtı məhduddur: suallara 95 dəqiqə və inşa üçün 40 dəqiqə verilir. Qeyd etdiyimiz kimi, imtahanın verilməsi üçün heç bir konkret bilik tələb olunmur. Namizəddən yeni informasiyanı təhlil etmək, kritik düşünmək və öz fikrini əsaslandırmaq bacarığı tələb olunur. Suallar bloklara (hər blokda 3-4 sual) bölünmüşdür, hər blokda qısa məqalə və ya mətn vardır və onların əsasında suallar verilir. İnşaya gəlincə, seçim üçün üç sual və ya fikir təklif edilir və namizəd onlara dair öz fikrini ifadə etməli və əsaslandırmalıdır. Məsələn, “Bəzi heyvan növlərinin Yer kürəsindən yox olması faktı hər hansı bir məna kəsb edirmi?”, “Ev tapşırığını yerinə yetirməyən şagirdlərə qarşı hansı cəza üsulları tətbiq edilməlidir?” və ya ““Siyasi düzgünlük” termininin mənasını izah edin”.

“Amerika yolu”
İngiltərədə olduğu kimi, ABŞ-da da hüquq elmini öyrənmək çox nüfuzludur, ancaq, hüququn tədrisinin yerli sisteminin nəzərə alınmalı olan öz xüsusiyyətləri var. Hüquq fakültəsinə daxil olmaq üçün yalnız orta təhsil haqqında diplom tələb edən yuxarıda göstərilən ölkələrdən fərqli olaraq, Amerika hüquq universitetləri yalnız hüquqşünaslıq sahəsində doktoranturanı və daha sonra Juris Doctor (J.D.) dərəcəsini təklif edir, həmçinin Hüquq magistri dərəcəsinin verilməsi də mümkündür, lakin bu J.D. dərəcəsini aldıqdan sonra mümkündür.
Beləliklə, istənilən Amerika hüquq universitetinə qəbul olmaq üçün, heç vaxt hüquqi sahə ilə qarşılaşmayan, istənilən sahədə bakalavr dərəcəsi diplomu lazımdır.
Amerikada hüquq universitetində təhsil 3 il davam edir və hər tədris ili öz spesifikasına malikdir, və bütün təhsil müddətində tələbə hüquqşünaslığın bütün mümkün nəzəri və praktiki aspektlərini mənimsəyir. Yadda saxlamaq lazımdır ki, ABŞ-ın hər ştatı öz qanunvericilik sisteminə malikdir, bu da hüquq məktəblərinin yerindən asılı olaraq orada müəyyən edilmiş qaydalara öz təsirini göstərir.
Amerika hüquq təhsilinin daha bir xüsusiyyəti ondan ibarətdir ki, J.D. dərəcəsinə sahib olmaq hüquq təcrübəsini başlamaq üçün kifayət deyil. Əgər universiteti bitirdikdən sonra hüquqşünas ABŞ-da qalıb işləməyi planlaşdırırsa, o, hüquq təcrübəsini başlaması haqqında ərizə verməli, həmçinin öz kvalifikasiyasını təsdiq etməsi üçün dövlət peşəkar hüquq imtahanını verməlidir.

Biz tövsiyə edirik: