Biznes
Siz enerjili, ünsiyyətcil, stressə davamlısınız? Menecer olmaq istəyirsiniz? Bu peşə Sizə öz liderlik keyfiyyətlərinizi tətbiq edə biləcəyiniz stabil yüksək məvacibli iş təqdim edə bilər.
Bunun üçün müvafiq təhsil almaq lazımdır.
Biz bazar münasibətləri əsrində, kiçik, orta və böyük biznesin inkişafında inanılmaz aktivləşmə əsrində yaşayırıq. Bu şəraitdə idarəetmə sahəsində təhsilə məktəb və universitet məzunları arasında xüsusi tələbat olur. Niyə biz xaricdə biznes təhsili almağı təklif edirik?
Bir qayda olaraq, xarici biznes proqramları dünyanın karyera və şəxsi inkişaf üçün imkanlar təqdim edən ən yaxşı təhsil müəssisələrini təklif edirlər. Xarici biznes məktəblər öz məzunlarına bütün dünyada iş tapmaq, nəticə üçün işləmək, yeni maraqlı insanlarla tanış olmaq imkanı verir. Biznes məktəblərdə təhsil demək olar ki həmişə biznesin liderləri, məşhur media-adamları, məşhur mühazirəçilər ilə fəal master-klasslarla birləşdirilir. Biznes-təhsilin köməyi ilə insan bir qrup insanı effektiv idarə etməyi öyrənir.
Uyğun proqram necə seçilməlidir? Biznes məktəbi seçərkən hansı göstəricilər nəzərə alınmalıdır?
* Akkreditasiya.
* Reytinqlər
* Təcrübələr harada keçirilir. Xarici biznes təhsili təcrübəyə maksimal yaxınlaşdırılmışdır. Buna görə staj keçmə çox əhəmiyyətlidir. Bir qayda olaraq, universitetlərin mötəbər biznes məktəbləri möhkəm çoxillik əməkdaşlıq qurduqları beynəlxalq şirkətlərdə təcrübə keçməyi təklif edirlər.
* Məzunların işədüzəlmə nəticələri. Neçə məzunun hansı dövr ərzində işə dəvət aldığına diqqət edin. Məzunların minimal maaşı neçədir.
* Məzunların şəbəkəsi. Peşəkar əlaqələr şəbəkəsinin qurulması – xarici biznes-məktəblərdə təhsilin üstünlüklərindən biridir. Biznes-məktəblərin bütün saytlarında Məzunların Assosiasiyasına həsr edilmiş səhifələr olmalıdır. Adətən, biznes-məktəblərin məzunları elə öz məktəblərinin məzunlarını təcrübə keçməyə, sonra isə işə dəvət edirlər, çünki hazırlığın və proqramların keyfiyyətindən əmindirlər. Əlbəttə, çox şey həm də Sizin liderlik keyfiyyətlərinizdən, Sizin faydalı kommunikasiyalar qurmaq və qoruyub saxlamaq istedadınızdan asılı olacaq.
* Tərəfdaş məktəblərə nəzər yetirin. Bu, tələbələrə proqramlar çərçivəsində tərəfdaş məktəblərdə və universitetlərdə təhsil təcrübəsini toplamağa imkan verir. Belə ki, ABŞ universitetlərinin tələbələri bir semestr və daha uzun müddətə Avropanın və ya Avstraliyanın universitetlərinə gedə bilərlər. Sizin iki müxtəlif məktəbin təcrübəsini “mənimsəmək” üçün unikal imkanınız olacaq.
* Kursların məzmununu diqqətlə öyrənin. 3-4 kursun tədris proqramlarının məzmunu müxtəlif universitetlərdə çox fərqlənir.
Biznes təhsilində ən məşhur ixtisaslar: Bank işi, Biznes Hüququ, Biznes-inzibatçılıq, Sahibkarlıq, Səhiyyəni idarəetmə, Qonaqpərvərlik sahəsində idarəetmə, Personalı idarəetmə, Beynəlxalq biznes, Merçandayzinq və pərakəndə ticarət, Layihələri idarəetmə, İctimaiyyətlə əlaqələr, Daşınmaz əmlakı idarəetmə, Vergiqoyma, Elektron ticarət, Marketinq və s.
Biz tövsiyə edirik: