ABŞ-da ən yaxşı yay
* Amerikan High School məktəbində rəngarəng yay proqramı
* İngilis dili + Maraqlara uyğun kurs seçimi – Academic and Enrichment
* Əlavə təhsil üçün ən yaxşı hazırlıq proqramı.



Məktəbin adı: | Cushing |
Yerləşmə: | Ashburnham, MA, USA |
Ən yaxın hava limanları: | Boston International Airport |
Proqramın müddəti: | 30 iyun – 20 iyul |
Dərslərin sayı: | həftədə 30 dərs |
İştirakçıların yaşı : | 11-18 |
Yaşayiş yeri: | yataqxanada |
Qidalanma: | gündə 3 dəfə |
Ekskursiyalar: | Dunn Park, Concord & Lexington Battle Green, Concord, Freedom Trail, Boston Museum of Fine Arts, Boston Boston Museum of Science, New England Aquarium, Boston |
Proqrama gəlməzdən öncə iştirakçılar səhər və nahardan sonra mövcud olan kurslar arasında seçim edirlər.
Biz amerikan məktəb-pansion proqramını bir neçə səbəbə görə seçmişik. İlk olaraq, Bostondan 1,5 saatlıq məsafədə yerləşən və gözəl kampusu ilə seçilən güclü akademik məktəbdir. İkinci səbəb isə, yüksək kvalifikasiyalı müəllimlər tərəfindən verilən dərs və əsl Amerikan abu-havasının hökm sürdüyü bir mühitin mövcud olması.
Yay kursu 2 proqram təklif edir: Middle School (6-8 sinif şagirdləri üçün) və Upper School (9-12 sinif şagirdləri üçün).
UPPER SCHOOL – şagirdlərə səhər vaxtlarında 4 növ proqram təklif edir:
Excel – Geometry*, Responding to Literature*, Algebra II*, Business, Finance, and Economics, Precalculus*, Scientific Research, Biology* S.T.E.A.M. (science, technology, engineering, arts, math), Chemistry*, Sports Fitness and Leadership, Physics*, United States History*; fənlər üzrə kredit almaqla hazırlıq kursu.
Connect – akademik İngilis dili – testlərə hazırlıq strategiyası, problemlərin həlli, vaxtın idarə edilməsi, oxu strategiyası və s.
Immerse – praktiki dərslər vasitəsi ilə ingilis dilinin öyrənilməsi- ictimai çıxışlar, müzakirələr və mübahisələr, yaradıcı yazı qabiliyyətinin inkişafı, Amerikan mədəniyyətinin öyrənilməsi, qeydlərin aparılması və s.
Express – yaradıcı gənclər üçün nəzərdə tutulmuş proqram. Ekspress kurs şəkil, metal və keramika üzrə işləri dərslərindən ibarətdir. İncəsənət muzeylərinə ekskursiyalar tələbərə incəsənət tarixinin daha dərindən öyrənilməsinə, rəssamların iş istiqamətləri və üslublarına təkan verəcək. İncəsənətlə ciddi məşğul olan tələbələr təcrübəli müəllimlər və müəllimlərin rəhbərliyi altında portfolio üzərində işləyə biləcəklər.
MIDDLE SCHOOL – səhər saatlarında uşaqlara 2 növ proqram təklif edir:
Explore – Sizə siyahıdakı fənlər üzrə seçim etmək lazım olacaq: Ədəbiyyat və yazı, Ədəbiyyatdakı əfsanələr, STEM, Riyaziyyat, Xarici dil kimi İngilis dili, Robot texnikası, Dünya tarixi, Həll edin – Elmlə, Həll edin – Məntiqlə, Debat, Gənc sahibkarlar, ABŞ tarixi və mədəniyyəti;
Create – rəng, kompozisiya və işıq, çəkmə, keramika və media istehsalının əsaslarını öyrənən yaradıcı uşaqlar üçün bir proqramdır. Kursun kulminasiyası proqramın sonunda təşkil ediləcək ART Şou olacaq.
Nahardan sonra, Upper və Middle məktəblərin bütün uşaqları öz istədikləri dərs seçmək imkanı əldə edəcəklər. Bir qrup şagirdlər bir akademik kurs seçəcək, məsələn, SAT, SSAT və ya TOEFL testlərinə hazırlıq, digərləri inşa yazmağ qabiliyyətlərini təkmilləşdirəcəklər. Başqa qrup isə mühəndislik və ya proqramlaşdırma ilə tanış olmaq istəyəcək. Uşaqların bir hissəsi idman və ya incəsənət üzrə klublarını seçəcək.
Seçim çətin işdir. İnanın ki, məktəb yay ayları üçün seçim varinatlarını hazırlamışdır: Ali Riyaziyyat, Mühəndisliyin Əsasları, Sərmayəçilik, Proqramlaşdırma, SAT, SSAT, TOEFL, İspan (ilkin və təkmilləşdirilmiş səviyyələr), İnşa Yazılması, Söz ehtiyyatı, Basketbol, Futbol, Ümumi bədən tərbiyəsi, Qaçış, Tennis, Yoga, Voleybol, Zumba, Rəqs, Teatr, Fotoqraf sənəti, Rəsm, Zərgərlik, Keramik, 3D dizayn, Qrafik dizayn, video çəkilişı, film istehsalı kursları və s.
Yuxarıda sadalanan xüsusiyyətlərinə görə ABŞ-ın ən öndəgedən yay proqramlarından olduğunu əminliklə deyə bilərik.O zaman, tələsin!
Zəng edin, sual verin və qeydiyyatdan keçin!
Bu proqram kimlər üçündür:
– xaricdə təhsil almağı planlaşdıranlar üçün;
– gələcək təhsil və ya iş üçün ingilis dilini istifadə etmək istəyənlər üçün;
– ABŞ-da və ya digər ingilisdilli ölkələrdə təhsil almaq istəyənlər üçün;
– ABŞ-ın qapalı məktəb-pansionunda yaşama və təhsil təcrübəsi istəyənlər üçün;
– yeni bacarıqları sınamaq istəyən yaradıcı uşaqlar üçün. Bu məktəb Amerika Birləşmiş Ştatlarının şərq sahilində ən güclü və tam təchiz olunmuş incəsənət mərkəzindən seçilir! (şüşə, zərgərlik, keramika, rəsm, heykəltəraşlıq və s.)