ABŞ-da gənc tələbələr üçün akademik hazırlıq

ABŞ-da gənc tələbələr üçün akademik hazırlıq

* Fənlərin ingilis dilində öyrənilməsi + ABŞ məktəbləri ilə tanişlıq

* Gələcək təhsil üçün ən yaxşı hazırlıq proqramı

Məktəbin adı: Cardigan Summer
Yerləşmə: New Hampshire, USA
Ən yaxın hava limanları: Boston International Airport
Proqramın müddəti: tam sessiya 29 iyun – 8 avqust
1-ci sessiya 29 iyun – 20 iyul
2-ci sessiya 20 iyul – 8 avqust
Dərslərin sayı: həftədə 30 dərs
İştirakçıların yaşı : 8-15
Yaşayiş yeri: yataqxanada
Qidalanma: gündə 3 dəfə
Ekskursiyalar: çimərlik, çay üzrə rafting, balıqçılıq, su parkı, məktəb-pansionlara turlar

ABŞ-ın ən yaxşı məktəblərinə qəbul olunmaq üçün uşaqları hazırlaşdıran ən öndə gedən məktəb-pansionun unikal proqramıdır. Oğlanlar üçün nəzərdə tutulmuş məktəb-pansiondur. Lakin, yay aylarında məktəb 8-15 yaş arası oğlan və qızlar üçün öz qapılarını açır. Proqram öz sahəsində unikaldır: Səhər saatlarında uşaqlar sənət, elm, tarix, ingilis dili, xarici dillər, SSAT test hazırlığı və s. sahələrdən  olan böyük bir fənn siyahısından 5 fənn seçirlər. Nahardan sonra seçiminiz idmandan (28 idman və əyləncədən) ibarət ola bilər.  Axşam saatlarında uşaqlar məktəbdə keçirilən tədbirlərdə iştirak edirlər. Bu, keyfiyyətli  bir təhsil və məktəbdə amerikalı həmyaşıdları ilə yeni həyat tərzi ilə tanışlıqdır. Proqramda iştirak edənlərin 65% -i ABŞ-dan olan tələbələrdir (20 ştatdan). Maraqlı akademik kurslardan əlavə (Elmi detektiv, proqramlaşdırma və s.), uşaqlar faydalı zaman keçirə bilərlər.  ABŞ məktəbinə daxil olmaq üçün lazım olan SSAT testinə hazırlıq kursunu  burada başa çatdırmış olacaqlar Proqramın xüsusiyyətlərindən biri məktəb ərazisində baş tutan Amerika Birləşmiş Ştatlarının şərq sahilində yerləşən məktəb-pansionlarının səyyar sərgisidir. Sərgidə, uşaqlar  informativ çap materiallarını götürə bilməkdən əlavə qəbul haqqında suallar verə biləcəklər. Qeyd edək ki, məktəblərin qəbul komissiyaları həmin sərgidə iştirak edirlər. Məktəb gələcək tələbələrə yaxınlıqdakı  məktəb-pansionlarına dəvət edir, bunun sayəsində uşaqlar daha sonra daxil ola biləcəkləri məktəb haqqında düzgün fikrə sahib olurlar.

6 həftəlik sessiyasının qiyməti – $9,575

1-ci sessiyasının qiyməti – $5,735

2-ci sessiyasının qiyməti – $5,635

Qeydiyyat haqqı – $125

Proqram üçün deposit – $500

Bu proqram kimlər üçündür:

–         Xaricdə təhsil almağı planlaşdıranlar üçün;

–         gələcək təhsil və ya iş üçün ingilis dilini istifadə etmək istəyənlər üçün;

–         ABŞ-da və ya digər ingilisdilli ölkələrdə təhsil almaq istəyənlər üçün;

–         ABŞ-ın qapalı məktəb-pansionunda yaşama və təhsil təcrübəsini istəyənlər üçün;

–         Ən keyfiyyətli məktəb-pansionlarının kampuslarını ziyarət etmək və məktəb-pansionlarının sərgisində iştirak etmək istiyənlər üçün

BU PROQRAMA MÜRACİƏT ETMƏK İSTƏYİRƏM